Gəncədə mülkiyyət hüquqları kobud və aşkar surətdə pozulan vətəndaş Mehriban Məmmədovaya qarşı məhkəmə və digər dövlət orqanları tərəfindən törədilən özbaşınalıq halları davam edir. Bu barədə haqsızlığa qarşı nəticəsiz mübarizədən və məhkəmələrdən təngə gələn şikayətçi özü Kanal1.Az-a bildirib.

Gəncədə zirzəmi “işğalçısı”nın əmlak hüquqlarına "məhkəmə təcavüzü" davam etdirilir - FOTOLAR

Vətəndaşın dediyinə görə, uzun müddətdir ki, qeyri-qanuni əsaslarla məhkəmələr tərəfindən iddiaçı qismində tanınan vətəndaş Hüseynov Sərxan Səlyan oğlunun cızmaqaralarından, eləcə də yerli məhkəmə hakimlərinin heç bir mülkiyyət hüququ olmayan şəxsin iddialarını icraata qəbul etməklə ona qarşı süni məhkəmə çəkişmələri quran hakim libaslı "saxta" ədalət carçılarının davranışlarından təngə gəlib.

Məlumata görə, şəhərin Atatürk prospekti 249 saylı binanın 1-ci mərtəbəsində, binanın prospektə baxan hissəsində yeni fasadın 5 kvm-lik qeyri-yaşayış obyektinə tam mülkiyyət hüququ olan vətəndaş Mehriban Məmmədova şəxsi maraqlar səbəbindən mülki mübahisələrə cəlb edilib. Bu azmış kimi, ötən illərdən bəri Gəncə icra və probasiya idarəsinin özbaşınalığı ucbatından 01.11.2013-cü ildə Gəncə İcra Hakimiyyətinin 1644 saylı sərəncamı əsasında şəhərin Atatürk prospekti 249 saylı binanın 1-ci mərtəbəsində, binanın prospektə baxan hissəsində yeni fasadın 5 kvm-lik qeyri-yaşayış obyektinə olan mülkiyyət hüquqlarına istifadədən məhrum edilib. Yəni, adıkeçən vətəndaş Sərxan Hüseynov M.Məmmədovanın zorla - icra məmurlarının himayəsi sayəsində heç bir hüquqi əsaslar olmadan M.Məmmədovanın mülkiyyətini ələ keçirib və dağıdıb.
Gəncədə zirzəmi “işğalçısı”nın əmlak hüquqlarına "məhkəmə təcavüzü" davam etdirilir - FOTOLAR

Bu aşkar özbaşınalığın ölkənin ikinci böyük şəhərində hakimlərin əsassız qərarları ilə baş verdiyinə inanmaq zor olsa da bu qanunsuzluq baş verib.

Saytımızda daha öncə də bu mülki mübahisə barədə yazıldığından, geniş şərh etmədən bildirək ki, hazırda şəhər mərkəzindəki Atatürk prospekti 249 saylı binanın zirzəmisində özbaşına rekonstruksiya işləri aparan, heç bir dövlət sənədinə sahib olmadan bina sakinlərinin ümumi istifadəsində olmalı olan zirzəmini qanunsuzluqla "işğal" etmiş Sərxan Hüseynov şikayətçinin əlində olan mülkiyyət sənədinin, eləcə də 01.11.2013-cü ildə Gəncə İcra Hakimiyyətinin verdiyi 1644 saylı sərəncamın ləğvinə cəhd edir. Şikayətçinin bildirdiyinə görə, sabah sonuncu hal üzrə Gəncə Apellyasiya Məhkəməsində də əsassız iddiaya baxılacaq. Hansı ki, iddiaçının iddiasının icraata götürülməsi belə qanunun aliliyi naminə gülünc və biabırçı hadisədir.
Gəncədə zirzəmi “işğalçısı”nın əmlak hüquqlarına "məhkəmə təcavüzü" davam etdirilir - FOTOLAR

Şikayətçinin təqdim etdiyi fotoşəkildən isə aydın olur ki, Sərxan Hüseynov absurd iddiasını əsaslı təqdim etmək üçün bir az da irəli gedərək sənədsiz əsaslarla "özününküləşdirdiyi" zirzəmidə qanunsuz pilləkən tikintisi də həyata keçirib. Zirzəmidə binanın əsas sütunları üçün təhlükəli sayılan özbaşına tikinti-memarlıq işləri həyata keçirib.

Mehriban Məmmədovanın bildirdiyinə görə, baş verənlər barədə dəfələrlə aidiyyatı üzrə müraciətlərini araşdıran, adıçəkilənin zirzəmi özbaşınalığının qarşısını alan kimsələr tapılmır. Quru cavablar isə işə yaramır. Nə Gəncə icra hakimiyyəti, nə də istismar müddətini onsuz da başa vurmuş binanın təhlükəsizliyinə cavabdeh olmalı olan FHN-in yerli qurumu baş verənlərin ciddiliyini anlamaq və araşdırıb müvafiq tədbir görmək istəmir. Əksinə, gah İHB-nin tikinti-memarlıq şöbəsinin əməkdaşlarının və hüquq şöbəsinin susqunluğu mövcud azğınlığı bir az da artırır. Məhkəmələrin özbaşınalığı da adamda heyrət doğurur. Sözügedən binanın həm də sakini olduğunu deyən şikayətçi həm öz mülkiyyət hüquqlarına qarşı özbaşınalıqların, eləcə də binalarının zirzəmisindəki qanunsuz istifadənin durdurulmasını istəyir.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər