ŞƏMKİR SƏHİYYƏSİ RAYONUN TƏZƏ BAŞÇISINI LAYİQİNCƏ QARŞILAMAĞA NECƏ HAZIRLAŞIB?

Bu ilin iyul ayında Şəmkir rayon Mərkəzi Xəstəxanası Publik Hüququ Şəxsə direktor vəzifəsinə təyin olunan Emin İsmayılov bundan əvvəl İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Şəmkir filialının rəhbəri vəzifəsində çalışıb. Özü ilə xəstəxananın idarəetmə işinə bəzi “yeniliklər” gətirib ki, bunu da fəaliyyətə başlayandan iki ay sonra tətbiq etməyə başlayıb.

Amma onu da nəzərdən qaçırmaq olmaz ki, bir ay əvvəl Şəmkirdə sosial — ictimai həyatın bütün sahələrinə sirayət edəcək başqa bir mühüm hadisə baş verib: Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2021-ci il tarixli müvafiq Sərəncamı ilə Rəşad Ənvər oğlu Tağıyev Şəmkir Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Söhbət dolaşır ki, rayon mərkəzi xəstəxanasınıln direktorunun tətbiq etdiyi son “yenilik” də elə təzə başçını layiqincə qarşılamağa xidmət edir. “Yenilik” ondan ibarətdir ki, RMX üzrə sentyabr ayının maaşlarınıln ödənişində bir çox həkimlərin məvacibindən 100, tibb bacılarının əmək haqqından isə 50-70 manat “kəsilib”. Bu barədə saytımızın elektron poçtuna məlumat verən yerli tibb işçiləri narazılıqlarını ifadə ediblər. Məlumatda qeyd olunur ki, zəhmətlərinin ucuzlaşdırılmasını təəccüblə qarşılayan şəmkirli həkim və tibb bacıları səbəbini xəstəxananın mühasibi olan Rahilə xanımdan soruşublar. Mühasib əvvəlcə maaşlardan müəyyən məbləğin saxlanılması tapşırığının rəhbərlikdən gəldiyini ağzından qaçırsa da, sonradan sözünü dəyişərək, “yaddan çıxıb” deyib.

Aydın məsələdir ki, mühasibatda “yaddan çıxma”, yaxud, rəqəm səhvi kimi yanlışlıqlar bir, ya da ən çoxu iki işçinin məvacibinin hesablanılmasında yol verilə bilər ki, bu da çox keçmədən aradan qaldırılmalıdır. Amma bu neqativ halın kütləvi surətdə baş verməsi yolverilməzdir.

Məsələ ilə bağlı mövqeyini öyrənmək üşün xəstəxananın baş həkimi Elçin həkimlə telefon əlaqəsi saxlayıb suallarımızı verdik. Baş həkim müəssisənin maliyyə məsələləri ilə direktorun məşğul olduğunu dedi. Direktoru aradıqda isə bizi acıqlı qarşıladı və dəstəyin o başından: “Siz kimsiniz ki, bu məsələni araşdırırsınız? Qoy bu işlə prokurorluq məşğul olsun” – deyə hirsli casvab verdi.

Direktorun acıdilliyini bəlkə də onu hazırki vəzifəyə təyin etmiş Ramin Bayramlının TƏBİB rəhbərliyindən kənarlaşdırılması ilə əlaqələndirmək olar. Ya da ola bilsin, o, artıq prokurorluqla da “dil tapmağı” bacardığından özünəgüvənlidir. Ona görə məcbur olub Şəmkir Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Natiq Qələndərovla əlaqə saxladıq. Natiq bəy özünün rəhbərlik etdiyi şöbənin yalnız rəsmi xəbərlər yaydığını, masalarında bizə məlum informasiyanın olmadığını bildirdi. O məsləhət verdi ki, bu işlə bağlı suallarımızı mətbuat xidmətinin məsul işçisi Elgün Seyidova verin. Təssüf ki, Elgün müəllimə dəfələrlə etdiyimiz zəng və mesajlarımız da cavabsız qaldı. Sonradan yeni yaranmış suallarımızı adlarını çəkdiyimiz vəzifəli şəxslərə ünvanlamaq üçün təkrar zənglər etsək də, telefonlara cavab vermədilər. Onsuz da həmin şəxslərin səmimiliyi bizdə şübhə doğurub. Ola bilməz ki, sıravi həkim və tibb bacılarının məvacibi “qayçılansın”, baş həkimin yox, O da ola bilməz ki, baş həkim əmək haqqının qəfil azalmasının səbəbini müəyyənləşdirməyə cəhd eləməsin.

İnanmaq istəyirik ki, hörmətli Rəşad Tağıyevin Şəmkir RİH başçısı kimi fəaliyyəti daha əvvəl işlədiyi Bakı Şəhəri üzrə Təhsil İdarəsindəki fəaliyyətindən daha məhsuldar, Vüqar Qurbanovun fəaliyyəti isə sələfi Ramin Bayramlının işindən daha düşərli olacaq və onların köməkliyi ilə tezliklə bizim araşdırdığımız bu məsələyə aydınlıq gətiriləcək, şəmkirli həkimlər nigarançılıqdan qurtulacaqlar.

Son xəbərlər

Havalar istiləşən kimi bu xəstəliklər yayılacaq - XƏBƏRDARLIQ

Son 20 ilin ən böyük XƏBƏRDARLIĞI - Martın 29-dək...

F-16-lar Rusiyaya qarşı istifadə edilsə, onlar qanuni hədəfə çevriləcək - Putin Qərbi hədələdi

Aprelin 5-nə diqqət: Erməni revanşizmini körükləyən Qərb qanlı planı işə salır

İki il sonra ilk dəfə: Xarkova hava bombası ilə zərbə endirildi

Daha 27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb

D vitamini almaq üçün Günəşin altında nə qədər qalmalıyıq?

Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?

Ermənistan “Crocus”da törədilən terror aktını pisləməyib

Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA

Müəllim sənəti müqəddəs sənətdir

GƏNCƏ ŞƏHƏR SABİR KÜÇƏSİNDƏKİ MƏHŞUR BAXICI NATAŞA XANIMA KİMLƏR HİMAYƏDARLIQ EDİR VƏ AİDİYYATI QURUMLAR HARA BAXIR?

Hərbi xidmət yaşı artırılmalıdır? – Polkovnik və psixoloqdan TƏZADLI YANAŞMA

Sonra da deyirsiiniz ki, turistlər niyə gəlmir… – HARA VƏ NİYƏ GƏLSİNLƏR Kİ?..

Lənkəranın icra başçısını bu səbəbdən öldürmək istəyiblər – İlham İsmayıl ŞOK detalları açıqladı

Elnur Rzayevin rayondan ümumiyyətlə, xəbəri yoxdur…” Belə başçı olar?- GİLEY

Şərlənərək həbs edildiyi iddia olunan şəxsin anası ölkə başçısına müraciət etdi-Şikayət

“WhatsApp”dan videolarla bağlı YENİLİK

Kremldən Ermənistan etirafı: Təəssüf ki...

Azərbaycan 4 kəndi götürəcək və İrəvana... - Paşinyanın qapalı görüşdəki etirafı yayıldı

Paşinyan: “Ermənistan KTMT-də iştirakını dondurub”

Sabah 17 dərəcə isti olacaq - HAVA PROQNOZU

Şəmkir rayon Düyərli Tibb Ailə Sağlamlıq Mərkəzinin həkimi Nizami həkim öz peşəsini vicdan və ləyaqətlə icra edir

Mən dünyada müəllimdən yüksək ad tanımıram!

Tələbələr belə hallarda universitetdən xaric ediləcəklər

Moskva terrorunun təşkilatçıları bu ölkədə də qətliam planlaşdırıbmışlar - ŞOK DETALLAR

ÜST havadakı çirklənmənin və insanların vaxtsız ölümünün üstünü açdı

DTX-dən əməliyyat: Azərbaycanda teraktlar planlaşdıran şəxs tutuldu

Moskva terrorunda ittiham olunanları hansı cəza gözləyir?

Əhaliyə xəbərdarlıq - Martın 26-da...

Türkiyə Qəzzaya ən çox yardım edən ikinci ölkədir

Günəşdə partlayış: güclü maqnit qasırğası gözlənilir

Ukrayna Moskvadakı hücumla bağlı ittihamları RƏDD ETDİ

Bütün xəbərlər