BAĞDADDA KOR XƏLIFƏ, GƏNCƏ TƏHSILINDƏ BƏHRAM İMRANOV
BAĞDADDA KOR XƏLIFƏ, GƏNCƏ TƏHSILINDƏ BƏHRAM İMRANOV
BAĞDADDA KOR XƏLIFƏ, GƏNCƏ TƏHSILINDƏ BƏHRAM İMRANOV

Sizə kimdən deyək, kimdən danışaq, Gəncə şəhər 5 saylı tam orta məktəbin direktoru Bəhram İmranovdan. Onun əndrəbadi dosyesi barəsində etibarlı mənbədən redaksiyamıza verilən məlumata görə, adam Gəncə Pedaqoji Universtitetinin Riyaziyyat fakültəsini birtəhər bitirdikdən sonra “kəşf” edib ki, məktəbdə dəqiq elmlərin əsasını öyrədən riyaziyyat fənnini tədris etməyə savadı çatmır. Çıxış yolunu ixtisasını daha asan zənn etdiyi humanitar fənn tədrisinə — tarix müəllimliyinə dəyişməkdə görüb. Hərçənd, saxta “ixtisasartırma” əməliyyatı ilə bu məqsədinə nail olandan sonra da de-fakto şagirdlərə dərs deməyib, amma uzun müddət adı jurnalda gedib.

Müəllimlik etməyi cansıxıcı, azgəlirli, vaxtaparan, səmərəsiz məşğuliyyət hesab edən Bəhram “müəllim” zirəklik göstərib Gəncə Şəhər Təhsil İdarəsinin kadrlar şöbəsinin müdiri vəzifəsinə yiyələnib. Keçmiş idarə rəisləri Cəlal Fətullayevin, Mahal Əliyevin vaxtında Azərbaycanın ikinci paytaxtı sayılan Gəncə kimi böyük şəhərin təhsil sistemində kadr təyinatı və yerdəyişmələrində söz sahibi olaraq “qaz vurub qazan doldurub”. Eynən özünün getdiyi əyri yolu başqalarına da göstərməklə, onlarla, yüzlərlə qeyri-ixtisas sahibini özünün şəxsi maraqları naminə uyğun olmayan ixtisaslar üzrə işlə təmin edib. Bu saxtakarlıqları həm necə deyərlər, “ayaq tutub” həm də “yeriyib”. Əldə etdiyi haram kapital hesabına Xoşbulaqda özünə dəbdəbəli villa, Gəncədə 3 saylı xəstəxananın qarşısında Beynəlxalq bankın üstündə ev, oğluna Gəncədə 38 nömrəli şəhərcikdə mülk və başqa-başqa yerlərdə obyektlər inşa etdirib, biznes qurub, bahalı avtomobil alıb.

Doğrudur, Gəncə ŞTİ-nə Zakir Hüseynov rəis təyin olunanda İmanovun işi “axsayıb”, təzə rəis onu qanunsuz əməllərinə görə vəzifəsindən qovub. Bir tərəfdən də rüşvət alıb qanunsuz işə götürdüyü ixtisası uyğun gəlməyən şəxslər də məyus olublar və Bəhramdan pullarını geri tələb ediblər. Hamının onun cinayət məsuliyyətinə cəlb olunacağını gözlədiyi halda, İmranov görünür, cinayət təqibçiləri ilə “dil tapmağı” bacarıb. Bir də məlum olub ki, o, artıq Gəncə şəhər 5 saylı tam orta məktəbə direktor təyin olunub.

Bütün bu sadaladığımız məlumatlara münasibətini öyrənmək üçün B.İmranova zəng vurub suallarımızı verməyə başlayanda o, təxmin etdiyimiz kimi, acıqlı cavab verdi: «Mən bu günə qədər bir gün də olsa auditoriyada dərs deməmişəm, bir də ki,bunun sizə dəxli yoxdur, gedin, öz işinizlə məşğul olun”.
Sual yaranır, bəs görəsən bir gün də olsa belə auditoriyada olub dərs deməyən bir pedaqoqun sənədlərini cənab Prezidentin stolunun üstünə kim qoyub ki, Prezident də ona «Əməkdar müəllim» adı verib?
Gələn sayımızda busuallara cavab tapmağa çalışacağıq.

Xeyr, ağa Bəhram, bu, həm də bizim işimizdir. Təkcə jurnalist olduğumuza görə yox, həm də valideyn olduğumuza görə, həm də gələcəyimiz olan uşaqların təlim-tərbiyəsi işinə biganə qala bilməyən, yeniyetmə və gənclərimizin aqibətindən narahat olan vətəndaş olaraq.

P.S. Yeri gəlmişkən, Bəhram İmranovun yaşı 65-i keçsə də, nədənsə ona yaş senzi tətbiq olunmur. İki nəfər əməkdar müəllim — Gəncə şəhər V. Veysəlov adına 30 nömrəli tam orta məktəbin direktoru olmuş Həsənov İlham Musa oğlu və 29 nömrəli tam orta məktəbin direktoru olmuş Hüseynov Valeh Məmməd oğlu yaş senzinə görə işdən çıxarıldıqlarına görə Gəncə ŞTİ-nin hazırki rəisi Anar Qədiməliyevə ünvanlı gileylərini mətbuata çıxaranda bu fakta toxunmuşdular.

P.S.S. Xatırladaq ki, İlham Həsənov baş prokurora dərs deyib, Valeh Hüseynovun oğlu isə Vətən müharibəsində şücaət göstərmiş igidlərimizdəndir. Görünür, Bəhram İmranovun Anar Qədiməliyev qarşısındakı “xidmətləri” daha böyükdür. Mövzuya qayıdacağıq.

Son xəbərlər

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Yeni pandemiyaya bu viruslar səbəb ola bilər - ARAŞDIRMA

Ukraynanın daha iki yaşayış məntəqəsi İŞĞAL OLUNDU

Gürcüstanın avtomobil bazarında böhran: Azərbaycana təsir edəcək?

31 dərəcə isti olub - FAKTİKİ HAVA

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...

NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

"Əliyev Elçibəyin çıxardığı ordunu geri qaytardı" deyənlər... - Parlamentdə vacib müzakirə

Bütün xəbərlər