Jurnalist “Operativ qərərgahın” yalanını İFŞA etdi

Kanal1.Az xəbər verir ki “Operativ Qərargah”ın 20 avqust 2021-ci il tarixində keçirdiyi və bir başa bütün televiziya kanalları vasitəsi ilə respublikaya yayımlanan brifinqi boş-boş ifadələrlə və qırmızı yalanlarla bir daha on milyonluq Azərbaycan vətəndaşlarını özünə güldürdü. Mövsümovun biri-biri ilə uyuşmayan fikirləri, Hacıyevin pərdəarxası hədyanları, Qarayevanın məntiqə sığmayan yalanı faktik olaraq yalan olduğunu həyatda da sübut etdi.

Qarayeva öz çıxışında bildirdi ki, iki dəfə Çin peyvəndi vurdurub və onun arxasınca üçüncü dəfə Avropa istehsalı olan peyvənd vurdurubdur. O, həmçinin vətəndaşları bu variantda istifadə etməyə çağıraraq öz tövsiyyələrini verməyi də, unutmadı. Mən xanım Qarayevanın söylədiklərini əsas götürərək randevu vasitəsi ilə növbəti, üçüncü vaksini vurdurmağa icazə aldım. Demək, 23 avqust saat 14-00 dan, saat 15-00 dək mənə vaxt təyin olundu. Randevunun verdiyi zamana uyğun olaraq mən Xırdalan şəhəri 5 saylı orta məktəbdə oldum. Arayış üçün qeyd edim ki, birinci və ikinci vaksinləri də müvafiq olaraq bu ilin 15 fevral və 15 mart tarixlərində burda vurdurmuşdum.

Burda məktəbin qarşısında böyük növbə gördüm. Demək olar ki, bir neçə nəfər və üç polis əməkdaşından başqa heç kim tibbi maska taxmamışdır. Mən əvvəlcə nə üçün bu qədər növbənin olması ilə maraqlandım. Dedilər ki, bir nəfər tibb bacısı işləyir. Odur ki, mən Səhiyyə Nazirliyinə zəng etdim və bunun səbəbini aydınlaşdırmaq istədim Çox təəssüflər olsun ki, telefonların heç biri cavab vermədi. Məcburiyyət qarşısında qalaraq Abşeron Səhiyyə İdarəsinin direktor müavini Leyla xanımın, (050) 330-33-77 saylı səyyar telefona zəng etdim və nə üçün bir tibb bacısının işləməsinin səbəbini soruşdum. O, bunun ezamiyyətlə bağlı olduğunu bildirdi. Ancaq bir neçə dəqiqədən sonra tibb bacılarının sayı ikiyə çatdı. Bax, elə bu zaman guya ki, “qayda-qanun” yaradan üç polis əməkdaşının qeyri-etik normaları ilə üzləşdim. Sən demə mənim onlarla qanun çərçivəsində danışmağım və öz hüququmu tələb etməyim xoşlarına gəlməyibdir.

Onlardan biri əli ilə mənim sinəmdən yapışaraq itələyir, digəri üstümə qışqırır, üçüncüsü isə polis idarəsinə aparılaraq dama soxulmağımla bağlı hədə qorxu gəlirdi. Nəhayət ki, Azərbaycan Respublikasının Konstitusiyası haqqında məlumatlı olmağım köməyimə yetişdi. Onlara başa saldım ki, icazə verin kompüterdə olub və ya olmamağımı yoxlayım. Sonda həqiqət qalib gəldi və mənim içəri keçməyimə razılıq verdilər. Kompüterə yaxınlaşıb həkimə müraciət etdim. O, isə “Operativ Qərargah”ın üzvü, TƏBİB-in rəis müavini üçüncü doza peyvənd haqqında tamamilə yalan danışıldığını, ümumiyyətlə, belə bir göstəriş verilmədiyini,-bildirdi

Kor-peşiman evə qayıtdım, ançaq bir tərəfdən Qarayevanın xalqı aldatması, ikinci tərəfdən polis əməkdaşlarının qeyri-etik davranışları, üçüncü tərəfdən havanın isti olması bir şəkərli diabetin ağır formasının daşıyıcıs kimi məni sakit buraxmırdı. Odur ki, məcburiyyət qarşısında qalaraq 102 Xidmətinə zəng edib iradlarımı bildirdim. DİN-nə məsləhət edərdim ki, polisə yalnız boyu uca olanları yox, daha ağıllıları və təmkimliləri qəbul etsinlər...
İnanmaq istəyirəm ki, DİN-nin rəhbərliyi məsələyə diqqətlə yanaşacaq, vətəndaşı qalmaqala təhrik edən və etik normalardan kənar davranış nümayiş etdirən polis əməkdaşlarının layiq olduqları cəzanı verəcəklər

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər