Hacıqabulda əməliyyat: Saxlanılan şəxslərdə "patı" və heroin aşkarlandı

Hacıqabulda əməliyyat: Saxlanılan şəxslərdə "patı" və heroin aşkarlandı


Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan iki rayon sakini - Rəvan Abdullayev və Samir Qasımov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan KANAL1.AZ-a verilən məlumata görə, saxlanılarkən həmin şəxslərin üzərinə keçirilən baxış zamanı R.Abdullayevdən heroin, S.Qasımovdan isə metamfetamin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Hacıqabul RPŞ-də cinayət işləri açılıb, araşdırmalar aparılır.

Tarix: 24-07-2021, 21:14


Bölməyə aid digər xəbərlər