22:39 / 23-07-2021
İnsanlığın zirvəsi.
12:59 / 30-06-2021
93 yaşlı qadın intihar etdi
09:13 / 29-06-2021
Bakı-Qazax yolunda faciə
17:31 / 28-06-2021
Avtobus bazara girdi
17:14 / 28-06-2021
33 yaşlı kişi intihar etdi
15:20 / 28-06-2021
Binədə salfetka sexi yanır
2 yaşlı qız faciəvi şəkildə öldü

2 yaşlı qız faciəvi şəkildə öldü

Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində fərdi yaşayış evində yanğın olub.

“Kanal1.az”xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub. Məlumat qəbul edildikdən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub.

Yanğın nəticəsində ümumi sahəsi 65 m² olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları 12 m² sahədə yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin övladı, 2019-cu il təvəllüdlü Mahmudova Nuray Röyal qızının yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.



Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Tarix: 30-06-2021, 13:03


Bölməyə aid digər xəbərlər