22:39 / 23-07-2021
İnsanlığın zirvəsi.
12:59 / 30-06-2021
93 yaşlı qadın intihar etdi
09:13 / 29-06-2021
Bakı-Qazax yolunda faciə
17:31 / 28-06-2021
Avtobus bazara girdi
17:14 / 28-06-2021
33 yaşlı kişi intihar etdi
15:20 / 28-06-2021
Binədə salfetka sexi yanır
Sabah axşamdan temperatur düşəcək - Külək, leysan gözlənilir

Sabah axşamdan temperatur düşəcək - Külək, leysan gözlənilir

Bir neçə gün davam edən isti hava şəraitindən sonra iyunun 28-dən 29-na keçən gecədən başlayaraq iyulun 01-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 10-15 m/s, arabir 18 m/s, 30-u və 01-də yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Kanal1.az"-a verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-5° aşağı enəcək.

İyunun 29-u axşamdan iyulun 02-dək əsasən axşam və gecə saatlarında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir lokal leysan xarakterli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir 15-18 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-5° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Tarix: 28-06-2021, 13:11


Bölməyə aid digər xəbərlər
21-03-2021, 12:50 XƏBƏRDARLIQ: Qar yağacaq
20-03-2021, 12:31 Sabah qar yağacaq