22:39 / 23-07-2021
İnsanlığın zirvəsi.
12:59 / 30-06-2021
93 yaşlı qadın intihar etdi
09:13 / 29-06-2021
Bakı-Qazax yolunda faciə
17:31 / 28-06-2021
Avtobus bazara girdi
17:14 / 28-06-2021
33 yaşlı kişi intihar etdi
15:20 / 28-06-2021
Binədə salfetka sexi yanır
Azad edilmiş ərazilərə keçmək istəyən şəxslər saxlanıldı

Azad edilmiş ərazilərə keçmək istəyən şəxslər saxlanıldı


İşğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Kanal1.az"-a verilən məlumata görə, iyunun 27-də saat 23 radələrində Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri nəzarət tədbirləri nəticəsində Tovuz rayon sakinləri Zamin Abbasov, Elnur Əliyev, Novruz Vəliyev və Rövşən Vəliyev sonuncunun idarə etdiyi avtomaşınla birlikdə işğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyərkən saxlanılıblar. Polis şöbəsinə gətirilərək onlarla profilaktiki söhbətlər aparılıb, mina və partlayıcı vasitələrin insan həyatı üçün böyük təhlükə mənbəyi olması haqqında xəbərdarlıq edilib.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib.

Tarix: 28-06-2021, 10:24


Bölməyə aid digər xəbərlər