22:39 / 23-07-2021
İnsanlığın zirvəsi.
12:59 / 30-06-2021
93 yaşlı qadın intihar etdi
09:13 / 29-06-2021
Bakı-Qazax yolunda faciə
17:31 / 28-06-2021
Avtobus bazara girdi
17:14 / 28-06-2021
33 yaşlı kişi intihar etdi
15:20 / 28-06-2021
Binədə salfetka sexi yanır
Nəsli kəsilməkdə olan mavi balinalar aşkar edilib

Nəsli kəsilməkdə olan mavi balinalar aşkar edilib

Avstraliya Yeni Cənubi Uels Universitetinin tədqiqatçıları Hind okeanında nəsli kəsilməkdə olan mavi balinaların yeni populyasiyasını aşkar edib. "Hind okeanının ortasında tamamilə yeni növ cırtdan mavi balinalar qrupunu tapmışıq", - deyə tədqiqatın baş müəllifi, professor Treysi Rocers söyləyib.

“Kanal1.az” bildirir ki, professor bu qrupda nə qədər balinanın olduğunu bilinmədiyini, amma eşidilən səslərin çox olduğuna əsasən, onların çox sayda olması güman edilir. Avstraliyalı alimlər bu populyasiyanı Nüvə Sınaqlarının Qadağan edilməsi Müqavilə Təşkilatının məlumatları sayəsində aşkar edə bildiklərini qeyd edir. Alimlər təşkilatın okeanoqrafiya tədqiqatlarında, balinaların səslərinin 500 km məsafədə eşidilən çox güclü bir səs siqnalını aşkar edib. Bu "mahnı"lar əvvəllər qeydə alınmamışdır və bu da alimlərə Hind okeanında yeni bir populyasiyanın meydana gəldiyini düşünməyə əsas verir.

Tarix: 27-06-2021, 21:53


Bölməyə aid digər xəbərlər