Cəmiyyət / Manşet
27.06.2021, 08:51
Koronavirusun ən yoluxucu ştammı açıqlandı
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus koronavirusun ən yoluxucu mutasiyasının adını açıqlayıb.
“Kanal1.az” bildirir ki, bu barədə o, Cenevrədə keçirdiyi brifinqdə bildirib.
ÜST rəhbərinin sözlərinə görə, "delta" ştammı bütün ştammlardan ən çox yoluxucudur. Ştamm 85 ölkədə aşkar edilib və peyvənd olunmayan əhali arasında sürətli templə yayılır.
Tedros Adhanom Qebreyesus vurğulayıb ki, hazırda dünyada koronavirusa yoluxma hallarının artımı qeydə alınır, bu, ölüm faizinin artımına gətirib çıxara bilər.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay