Hadisə / Manşet
27.06.2021, 10:26
Gecə ağır qəza: ölən var
Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib.
"Kanal1.az"bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir ərazisindən keçən hissəsində qeydə alınıb.
Avtoqəza zamanı "QAZ 31" və "VAZ 2107" markalı iki avtomobil toqquşub. Nəticədə bir qadın sərnişin hadisə yerində dünyasını dəyişib, iki nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməldaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay