Hadisə / Manşet
27.06.2021, 10:22
Bakıda daha bir yaşayış binasında yanğın
Bakıda daha bir yaşayış binasında yanğın olub.
FHN-dən "Kanal1.az"-a verilən məlumata görə, hadisə şəhərin Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində baş verib.
Belə ki, ümumi sahəsi 48 kvadrat metr olan mənzilin yanar konstruksiyaları 22 kvadrat metr sahədə yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay