Köçəryan qisas niyyətində - Son hiyləsini işə saldı

“Kanal1.az”
Ermənistanda parlament seçkilərində Robert Köçəryanın qələbəsini proqnozlaşdıranlar şübhəsiz ki, proseslərə onun prizmasından yanaşan klan üzvləri və keçmiş prezidentin əlini gücləndirmək, ona dəstək vermək məqsədilə daxili auditoriyanı çaşdırmaq üçün müxtəlif təxriabtlar törədən Rusiya meyilli qüvvələr idi.
Növbədənkənar parlament seçkilərinin nəticələri artıq özünü göstərir. Seçkisonrası gərginlik artmaqda davam edir. İrəvanda müxalifət nümayəndələrindən birinin avtomobilinə qoyulan partlayıcının ardınca, Azərbaycanın Qarabağ bölgəsinin rus sülhməramlılarının nəzarətində olan hissəsində - Xankəndində ermənilər aksiya keçirməsi gözləntilərinin əksinin baş verdiyi zərurətindən yaranan reallığın bir hissəsidir. Aksiya iştirakçılarının separatçı Araik Arutyunyanın istefasını tələb etmələri, onun ünvanına "Xain", "Get!" şüarları səsləndirmələri, ümumilikdə isə bütün bu hadisələr Paşinayaan qarşı olan qüvvələrin özlərini deşifrə etməsindən başqa bir şey deyil.
Köçəryan qisas niyyətində - Son hiyləsini işə saldı

Ermənistanda Qərbi təmsil edən şəbəkələşmiş Soros fondu bir anın içində bu Nikol Paşinyan adlı şəxsi "qəhrəman"a çevirərək maddi və mənəvi dəstəklə ermənilərdən ibrarət minlərlə insanı küçələrə tökərək hakimiyyətə gətirdikdən 2 il sonra, 44 günlük müharibədəki ağır məğlubiyyəti manipulyasiya edərək xeyirlərinə çevirmək istəyən qaniçən Köçəryan-Sarkisyan cütlüyünün arzusu yenə ürəklərində qaldı. 3 il əvvəlki hadisələrdən anlamadılar ki, erməni xalqı onların daha bir neçə illik zülmünə, əzab və əsarətinə dözmək niyyətində deyil. Seçkinin nəticələri bunu bəlkə də ağlının ucundan keçirməyən həmin qüvvələr üçün əsl şillə effekti yaratdı.

Ermənistanda parlament seçkisində Nikol Paşinyanın qələbəsindən sonra ötən gün Azərbaycanla sərhəddə ilk insidentin baş verməsi də bir çox suallar, bir çox məqamları yenidən gündəmə gətirir. Ermənistan silahlı qüvvələrinin Berd rayonunun Ayqedzor kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Muncuqlu kəndi istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini atıcı silahlardan atəşə tutmasında heç şübhəsiz ki, Köçəryan əli görünür.
Köçəryan qisas niyyətində - Son hiyləsini işə saldı

Nikol Paşinyan Azərbaycana qarşı 27 sentyabr tarixində törədilən təxribatın cavabı olaraq Azərbaycanın 30 illik işğala son qoyduğunu unutmayıb və bu, onun ayağına qara hərflərlə yazılıb. Yaxşı anlayır ki, növbəti belə təxribatlar onun üçün əlavə problemlər yaradacaq. Müharibədən sonra Ermənistan ordusunun zabitləri tərəfindən Paşinyana edilən təzyiqlər də heç kəsə sirr deyil. Təbii ki, həmin vaxt məğlubiyyətdən istifadə edərək Paşinyana hələ də adamlarının qaldığı silahlı qüvvələri vasitəsi ilə təzyiqləri artıraraq hakimiyyəti ələ keçirmək istəyən keçmiş Qarabağ klanının dünənki təxribatda da əli olduğu istisna edilmir. Seçkilərdəki məğlubiyyəti heç cür həzm edə bilməyən, xüsusilə də onu uzun müddət həbsə atdıraraq alçaldan Paşinyandan qisasını ala bilmədiyi üçün kəndir gəmirən Köçəryan son həmlələrini etməyə başlayıb - Çayda boğulan saman çöpündən yapışan kimi.

İrəvanda artıq Robert Köçəryanı "Qarabağın yeni prezidenti", "Araik Arutyunanın yerinə layiqli namizəd" qismində təbliğ etməyə başlayıblar. Bu işdə Köçəryanın nəzarətindəki media strukturları və bloqerlərin fəallığı açıq aydın hiss olunur. Lakin Azərbaycan Köçəryanın bu planını reallaşdırmasına əsla imkan verməyəcək. Çünki Köçəryanın Qarabağda peyda olması Bakının antiterror əməliyyatına səbəb ola bilər. Bu hadisələr fonunda Tovuzla sərhəddə törədilən təxribatın hansı məqsədlərə xidmət etdiyi daha aydın olur.
Köçəryan qisas niyyətində - Son hiyləsini işə saldı

Nəzərə alsaq ki, 2018-ci ildəki inqilabdan sonra həbs olunmuş Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçmiş baş katibi, erməni general Yuri Xaçaturov barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı müraciət təmin olunmadı, - onun Ermənistan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun (Tovuz ilə sərhəddə yerləşir - red) komandiri olan oğlu general-mayor Qriqori Xaçaturov hazırda da vəzifəsinin başındadır, o zaman Tovuzdakı son insidentin səbəbi daha da aydın olur. Hər zaman Rusiyaya və onun adamı olan Köçəryana yaxınlığı ilə seçilən Yuri Xaçaturovun oğlu yenə də iki ölkə arasındakı vəziyyəti gərginləşdirməklə Robert Köçəryanın məqsədinə çatmasında yardımçı olmaq istəyir. Təxminən 2 ay əvvəl Qriqori Xaçaturovun açıqlama yayaraq Baş nazir Nikol Paşinyanın istefasını tələb etdiyini xatırlayarıqsa, sərhəddəki insidentin sifarişçisini də tapmaq üçün çox düşünməyə gərək qalmır.

Amma Ermənistan ordusu içərisində təxribatçılar varsa və həmin təxribatçılar Robert Köçəryan kimi qatillərin gizli tapşırıqlarını yerinə yetirirlərsə, buna görə Paşinyan da məsuliyyət daşıyır və daşıyacaq.

Təhməz Əsədov

Son xəbərlər

AÇIQLAMA

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Yeni pandemiyaya bu viruslar səbəb ola bilər - ARAŞDIRMA

Ukraynanın daha iki yaşayış məntəqəsi İŞĞAL OLUNDU

Gürcüstanın avtomobil bazarında böhran: Azərbaycana təsir edəcək?

31 dərəcə isti olub - FAKTİKİ HAVA

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...

NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

Bütün xəbərlər