Bu il yay tətili neçəyə başa gələcək? - QİYMƏTLƏR


2020-ci ildə olduğu kimi bu il də yay tətilində istirahət etmək istəyən insanların böyük hissəsi daxili turizmin imkanlarından faydalanmalı olacaq. Hələ də xaricə səfərlərə məhdudiyyətin qalması, eyni zamanda xaricə səfər etməyin əvvəlki dövrlərə nisbətən böyük xərc tələb etməsi xarici səfərlərin sayını kəskin azaldıb.

Xarici səfərlərdə əsas xərclərdən birini təşkil edən hava sərnişindaşıma xərcləri bu il bir neçə dəfə bahalaşıb. MDB ölkələrinə bir səfərin qiyməti 1253 manata, digər xarici ölkələrə 746 manata yüksəlib.

Çətin vəziyyət xaricə istirahət turlarının bahalaşmasına da səbəb olub. 2020-ci ilin yay aylarında bir istirahət turunun orta qiyməti 470 manat olduğu halda 2021-ci ilin mayında 502 manatı ötüb. Dinamika göstərir ki, xarici turların qiyməti iyun, iyul və avqust aylarında bir qədər də yüksələcək.

Xərclərin artması ölkəmizdən xaricə gedən turistlərin sayını 6 dəfə azaldıb. Rəsmi məlumatlar göstərir ki, azsayda səfərlər olub və bu səfərlərdə əsas məqsəd istirahət yox, əsasən işgüzar və ticarət olub.

Buna görə də mövcud şərtlər daxilində yay tətilini keçirmək istəyən insanların böyük əksəriyyəti ölkədaxili məkanlara üz tutacaq.

Bəs, ölkə daxilində yay tətili bir nəfərə neçəyə başa gələcək?

"Kanal1.az" bildirir ki, tətil xərclərini müəyyənləşdirmək üçün standart meyar yoxdur. Xərclər bir neçə hissədən ibarətdir və burada əsas paya nəqliyyat, qidalanma, yerləşmə xərcləri sahibdir. Bu xərclər tətil xərclərinin təxminən 80 faizini formalaşdırır.

İstirahət edənlər üçün ən ucuz variant ölkədaxili birgünlük turlardır. Bu turlara nəqliyyat və səhər yeməyi daxildir. Hazırda Qubaya avtobusla birgünlük turun qiyməti 24 manat, Qəbələyə 27 manat, Qusara və ya Lerikə 28 manatdır.

İkigünlük turlarda qiymətlər daha yüksək olur. Artıq bura nəqliyyat və 2 dəfə səhər yeməyindən başqa hoteldə gecələmə, əyləncəli oyunlar, ekskursiyalar daxildir. Bu şərtlər daxilində Lerik və ya Qəbələ turu 85 manat, Göygöl turu 80 manata başa gəlir.

Bu cür turlar zamanı turist nahar və şam yeməyinin xərcini özü ödəməlidir. Nahar və şam yeməyini də nəzərə aldıqda birgünlük tur 38-40 manata, ikigünlük tur 100-110 manat başa gəlir. Qeyd edilən xərclər minimum qiymətlər əsasında hesablanıb. Orta qiymətlər götürdükdə isə birgünlük tətil xərcləri daha yüksək olur.

Dövlət Statistika Komitəsinin araşdırmasına görə Azərbaycanda daxili turizm xərcləri bir səfərə görə təxminən 112 manatdır. Belə ki, ötən il əhali ölkə daxilində 5,426 milyon dəfə səfər edib. Burada səfər anlayışı birgünlük tətili nəzərdə tutur. Səfərlər zamanı ümumilikdə 606 milyon manat xərclənib.

Çəkilən xərcin ən çox hissəsi nəqliyyata gedib. Nəqliyyat xərcləri 197 milyon manat və ya bir səfərə düşən xərc 36 manat təşkil edib. Cəmi xərclərin 32 faizi nəqliyyat xərclərindən ibarətdir.

Qidalanma ümumi xərclərin 27 faizini təşkil edib və bir səfərə düşən xərc 30 manat olub. Əhali səfər zamanı qidalanmaya 163 milyon manat xərcləyib.
Yerləşmə xərcləri 106 milyon manat olub. Bir səfərə düşən yerləşmə xərci 20 manat təşkil edib.

Adıçəkilən xərclərdən başqa daxili səfərlər zamanı idman və əyləncə xərcləri (9 manat), mədəniyyət xərcləri (3 manat) də olub.

Göründüyü kimi, minimum qiymətlərlə bir nəfərin birgünlük yay tətili 40 manata, gecələmə olduqda 50 manata başa gəlir.

Son xəbərlər

Ermənistan növbədənkənar seçkiyə gedəcək? - Paşinyan açıqladı

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Bakının bu ərazilərində evlər kəskin bahalaşdı - Səbəb nədir?

Paşinyandan sensasion açıqlama: Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır

Rusiyada miqrantlar üçün sərt qanun: bu üsul tətbiq olunacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Bakı Şəhər İcra Hakimiyyətindən özəl sektorda çalışanlara ÇAĞIRIŞ

ABŞ Dövlət Departamentindən Ermənistana geniş hərbi dəstəyin göstərilməsi barədə AÇIQLAMA

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə AÇIQLAMA + FOTO

İsrail ordusunun İranın zərbəsinə cavabı necə olacaq? - Qərar AÇIQLANDI

Rusiyalı politoloqlar Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasını şərh ediblər

Əl təmizləyiciləri beyindəki hüceyrələri belə MƏHV EDİR

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Rusiya sülhməramlıları Azərbaycanı hansı istiqamətdən tərk edir?

Planetin üzərindəki sirr - Ürək forması necə yaranıb?

Bu işçilərə kompensasiya veriləcək - Yeni qanun

Paşinyan yenidən Azərbaycan kəndlərinə gəlir: Bu dəfə nə deyəcək?

Rusiyanın bu regionunda da qadağa: Azərbaycanlılar ticarətlə məşğul ola, taksi sürə bilməzlər

Biləsuvar rayonunda Şəhid ailəsinin səsinə səs verən olacaqmı?

Ramin Məhəmmədoğlu həbs olundu

22 aylıq Məhkəmədə süründürməçiliyə son qoyulsun..PREZİDENTƏ MÜRACİƏT

İsrail ordusuna TAPŞIRIQ VERİLDİ: İranı vurmaq üçün variant hazırlanır

Moskva ilə İrəvan arasında gizli sövdələşmə, yoxsa? - VİDEO

Həkim sağlam qalmaq üçün düzgün qidalanma qaydasını açıqlayıb

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ - VİDEO

BMT-nin Baş katibindən böyük münaqişə XƏBƏRDARLĞI

Ermənistan zabitimizə atəş açanları cəzalandırdı - Bakının növbəti qələbəsi

Ukrayna elan etdi: Rusiya bu istiqamətdən hücuma keçib, vəziyyət ağırdır

Ermənilər Azərbaycanla sərhədə toplaşdılar: Rəqs edirlər, “müharibə istəyirik” deyirlər

Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib

Ermənistan KTMT-nin Hərbi Komitəsinin iclasında iştirak etməyib

Bütün xəbərlər