Paşinyanın məğlubiyyətə bərabər qələbəsi... - Ermənistanda nə baş verir?

“Kanal1.az”
Ermənistanda heç vaxt xalq hakimiyyəti olmayıb. Bu səbəbdən ölkədə baş verən hər hansı bir siyasi dəyişiklik xalqın diqtəsi ilə deyil, məhz ayrı-ayrı rejimlərin və güclərin təzyiqi ilə baş verir.

Götürək 2018-ci ildə sıradan bir deputat Nikol Paşinyanın birdən-birə hakimiyyətə gəlişini. O, Qərb üçün sadəcə bir vasitə idi. Ermənistanda Qərbi təmsil edən şəbəkələşmiş Soros fondu bir anın içində bu vasitəni "qəhrəman"a çevirdi, maddi və mənəvi dəstəklə ermənilərdən ibrarət insan kütlələrini küçələrə tökdü, o kütlə ki, qaniçən Koçaryan-Sarkisyan rejiminin 20 illik zülmünə, əzab və əsarətinə bir dəfə də olsun qarşı çıxmamışdı. İndi nə oldu? Serj Sarkisyan rejimi postu təhvil verməyə məcbur edildi.

Hətta, Ermənistanda son parlament seçkilərindən iki ildən bir qədər artıq vaxt keçməsinə baxmayaraq, yenidən seçkilərin keçirilməsi də xalqın istəyi və tələbi ilə olmadı. Bu dəfə Azərbaycanın tarixi Zəfəri ilə başa çatan 44 günlük müharibənin yaratdığı yeni reallıq Ermənistan hakimiyyətini buna məcbur etdi.

Ona görə də bu gün Ermənistanda baş verənlər, xüsusən də dünən ölkədə keçirilən parlament seçkiləri və onun nəticələri bizi o qədər də təəccübləndirməməlidir. Məlum, baş verən saxtakarlıqlara, seçki pozuntularına və xaotik vəziyyətə rəğmən, ölkənin baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası seçkilərdə 53,92 faiz səslə qalib oldu. Əslində, bu, Paşinyanın siyasi çəkisinin ağırlığının deyil, köhnə korrupsioner bir rejimin yüngüllüyünün, erməni cəmiyyətinin bu qaniçən rejimdən bezməsinin bəhrəsidir. Ona görə bunu Paşinyanın məğlubiyyətə bərabər qələbəsi də adlandırmaq olar.

Həmçinin, bu seçkilər bir daha göstərdi ki, erməni xalqı yenidən Azərbaycanın "dəmir yumruğu"na tuş gəlmək niyyətində deyil. Çünki təbliğat-təşviqat dövrü ərzində Köçəryan-Sarkisyan cütlüyünün ağzından revanşizm alovları püskürürdü. Onlar insanları Qarabağı yenidən döyüş yolu ilə alacaqlarına ümidli etmək istədilər. Ermənistan vətəndaşı isə daha səbəbsiz yerə özgə torpaqlarında ölmək istəmir.

Bu seçkilərlə həm də Qarabağsız "Qarabağ klanı" tarixin zibilliyinə gömüldü. Düzdür, Ermənistan cəmiyyəti və seçiciləri hələ də mövcud reallığı dərk etməkdə çətinlik çəkirlər, lakin başqa çıxış yolları olmadığını da başa düşürlər. Çünki qutudan Paşinyanın deyil, Koçaryanın çıxması Ermənistan üçün vətəndaş müharibəsi, eləcə də yeni müharibə vəd edirdi. Bununla belə, Ermənistandakı mövcud vəziyyətlə bağlı nə yazıq ki, "sular duruldu", "vəziyyət düzəldi", "siyasi gərginlik azaldı" kimi ifadələr işlətmək də hələ tezdir. Çünki Koçaryan-Sarkisyan cütlüyü seçki prosesindəki saxtakarlıqlardan asanlıqla qopan deyillər. Onlar nəyəsə nail olacaqlarını sanmasalar belə, müəyyən təxribatlara əl atacaqlar...
Beləcə, Ermənistanda "daxili didişmə" hərzamankı kimi qüvvədə qalacaq. Bizim üçün maraqlı olan məsələ isə Ermənistanın bundan sonra regionda özünü necə aparacağıdır. Azərbaycanın revanşistlərlə, radikal qüvvələrlə heç vaxt əməkdaşlıq etməyəcəyi birmənalıdır. Ona görə də Ermənistanda yeni formalaşacaq hakimiyyət 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın tələblərini daha qətiyyətlə icra edə biləcək bir siyasi iradə nümayiş etdirməlidir. Seçkilərdən qalib çıxan Nikol Paşinyan da dövlət idarəetməsində nə qədər təcrübəsiz və yarıtmaz olsa da bunu dərk etməlidir. Çünki Ermənistan üçün artıq yeni və daha ciddi bir dönəm başlayır.

Bir sözlə, Ermənistanın böhrandan çıxış yolları barədə düşünməli olan yeni hakimiyyət Qarabağla bağlı sülhə gəlməli və Azərbaycanın vəd etdiyi əməkdaşlıq platformasından yararlanmalıdır. Bunun əksi Ermənistan üçün daha böyük faciələrə səbəb olacaq.

Elgün Mənsimov

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər