Yaşar Nurinin həyat yoldaşı NARAZIDIR: “...Müğənniyə deyib, gəlim evini təmizləyim”


Mart ayında mərhum xalq artisti Yaşar Nurinin ev muzeyindən onun aksesuarları oğurlanıb. Bu barədə sənətkarın həyat yoldaşı Rəhimə xanım açıqlama verib.

"Kanal1.az" məsələnin nə yerdə qaldığını öyrənmək üçün Rəhimə xanımla əlaqə saxlayıb. O, oğurlanan əşyaların tapıldığını söyləyib:

"Lakin istintaqa görə, olayın detallarını danışmaq olarmı, bilmirəm. Yoxsa bəhs edərdim. Ümumiyyətlə, Yaşarla bağlı çox arzum var. Sentyabr ayında onun 70 illik yubileyidir. Hər halda dövlət səviyyəsində keçiriləcək. Teatrın da açılışı ola bilər.

Aidiyyəti qurumlara bildirmişəm. Cavabları məni qane etməyib. Hələ gözləyirik. Bilmirəm, bu durum nə qədər davam edəcək. Bunun pandemiya ilə əlaqəsi yoxdur. Həll oluna bilər. Laqeydlik yalnız mənə edilmir.

Mənim kimi mərhum aktyorların həyat yoldaşları var. Onlar da eyni problemləri yaşayırlar. Məsələn, Arif Quliyevin həyat yoldaşı ilə onun ölümündən sonra bir neçə dəfə danışdıq. Başa düşdüm ki, ailəsində nələr baş verir. Hələ onun vəfatından qısa müddət keçib, lakin problem yaşamağa başlayıblar.

3-5 il sonra nə edəcəklər? Başqa xalq artistinin həyat yoldaşı imkansızlıqdan gedib hansısa müğənnidən xahiş edib ki, gəlim evini təmizləyim. Bütün xalq və əməkdar artistlərinin , həyatını itirmiş sənətkarların ailələrinə nəzarət lazımdır.

Yalnız maddi deyil, həm də mənəvi dəstək, qayğı, yaxud da bayramlarda, özəl günlərdə təbrik etmək gərəkdir. Belə qayğı yoxdur. Anlamıram, bu,haradan qaynaqlanır. Buna qanun lazım deyil. Sadəcə zəng edib diqqət göstərilməldir. Bəlkə, onların rahatlıqla həll edə biləcəyi problemdir".Rəhimə xanım hələ də Mədəniyyət Nazirliyinin onunla əlaqə saxlamadığını xüsusi vurğulayıb:

"Ona görə təəccüblənirəm. Halbuki Yaşar böyük şəxsiyyət olub. Mən tərifləmək üçün demirəm. O, ulduzlardan biri idi. 2012-ə qədər əldə etdiyi naliyyətlər, xalqın sevgisi var. Maddi cəhətdən də durumumuz yaxşı idi. Bağ evindən əşyaları oğurlananda Mədəniyyət Nazirliyinə müraciət etdim. Sadəcə açıqladılar ki, dövlət muzeyi olmadığı üçün qarışmırıq.

Zəng edib mənimlə danışa bilərdilər. Bundan gileylənirəm. Yaşarın sağlığında aldığı titullardan, Şöhrət nişanından bəhs edirlər. Onları özü qazanıb. Söhbət vəfatından sonra baş verənlərdən gedir. Bir ay əvəl səlahiyyətli bir xanımla danışdım. Çox soyuq söhbət etdi. Dedim ki, həyat yoldaşımı itirmişəm, gərək mənimlə anlayışlı danışasınız.

Dediklərimə reaksiya verməlisiniz. Yetmiş illik yubileyinin necə keçiriləcəyini öyrənmək istəyirdim. Bildirdi ki, pandemiyaya görə neçə nəfərin yubileyi keçirilməyib, siz tələsirsiniz. Bir təklif irəli sürdüm. Yaşar arzu edirdi ki, teatrın qarşısında böyük parkda səyyar şəkildə tamaşada oynasın. Bir az qeyri-adi idi. İstərdim ki, açıq havada onun 70 illik yubileyinə həsr olunan tədbir baş tutsun".

Son xəbərlər

Havalar istiləşən kimi bu xəstəliklər yayılacaq - XƏBƏRDARLIQ

Son 20 ilin ən böyük XƏBƏRDARLIĞI - Martın 29-dək...

F-16-lar Rusiyaya qarşı istifadə edilsə, onlar qanuni hədəfə çevriləcək - Putin Qərbi hədələdi

Aprelin 5-nə diqqət: Erməni revanşizmini körükləyən Qərb qanlı planı işə salır

İki il sonra ilk dəfə: Xarkova hava bombası ilə zərbə endirildi

Daha 27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb

D vitamini almaq üçün Günəşin altında nə qədər qalmalıyıq?

Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?

Ermənistan “Crocus”da törədilən terror aktını pisləməyib

Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA

Müəllim sənəti müqəddəs sənətdir

GƏNCƏ ŞƏHƏR SABİR KÜÇƏSİNDƏKİ MƏHŞUR BAXICI NATAŞA XANIMA KİMLƏR HİMAYƏDARLIQ EDİR VƏ AİDİYYATI QURUMLAR HARA BAXIR?

Hərbi xidmət yaşı artırılmalıdır? – Polkovnik və psixoloqdan TƏZADLI YANAŞMA

Sonra da deyirsiiniz ki, turistlər niyə gəlmir… – HARA VƏ NİYƏ GƏLSİNLƏR Kİ?..

Lənkəranın icra başçısını bu səbəbdən öldürmək istəyiblər – İlham İsmayıl ŞOK detalları açıqladı

Elnur Rzayevin rayondan ümumiyyətlə, xəbəri yoxdur…” Belə başçı olar?- GİLEY

Şərlənərək həbs edildiyi iddia olunan şəxsin anası ölkə başçısına müraciət etdi-Şikayət

“WhatsApp”dan videolarla bağlı YENİLİK

Kremldən Ermənistan etirafı: Təəssüf ki...

Azərbaycan 4 kəndi götürəcək və İrəvana... - Paşinyanın qapalı görüşdəki etirafı yayıldı

Paşinyan: “Ermənistan KTMT-də iştirakını dondurub”

Sabah 17 dərəcə isti olacaq - HAVA PROQNOZU

Şəmkir rayon Düyərli Tibb Ailə Sağlamlıq Mərkəzinin həkimi Nizami həkim öz peşəsini vicdan və ləyaqətlə icra edir

Mən dünyada müəllimdən yüksək ad tanımıram!

Tələbələr belə hallarda universitetdən xaric ediləcəklər

Moskva terrorunun təşkilatçıları bu ölkədə də qətliam planlaşdırıbmışlar - ŞOK DETALLAR

ÜST havadakı çirklənmənin və insanların vaxtsız ölümünün üstünü açdı

DTX-dən əməliyyat: Azərbaycanda teraktlar planlaşdıran şəxs tutuldu

Moskva terrorunda ittiham olunanları hansı cəza gözləyir?

Əhaliyə xəbərdarlıq - Martın 26-da...

Türkiyə Qəzzaya ən çox yardım edən ikinci ölkədir

Günəşdə partlayış: güclü maqnit qasırğası gözlənilir

Ukrayna Moskvadakı hücumla bağlı ittihamları RƏDD ETDİ

Bütün xəbərlər