22:39 / 23-07-2021
İnsanlığın zirvəsi.
12:59 / 30-06-2021
93 yaşlı qadın intihar etdi
09:13 / 29-06-2021
Bakı-Qazax yolunda faciə
17:31 / 28-06-2021
Avtobus bazara girdi
17:14 / 28-06-2021
33 yaşlı kişi intihar etdi
15:20 / 28-06-2021
Binədə salfetka sexi yanır
Nura Surinin oğlu qəzaya düşdü FOTO

Nura Surinin oğlu qəzaya düşdü  FOTO


Müğənni Nura Surinin oğlu Xosrov qəzaya düşüb.

"Kanal1.az" xəbər verir ki, hadisə bir neçə gün əvvəl ABŞ-ın Kaliforniya ştatının Beykersfild şəhərində baş verib.

O, San-Fransiskodan Los-Ancelesə gələrkən qəza törədib. Belə ki, dostunun avtomobilinin sükanı arxasında əyləşən 25 yaşlı Xosrov idarəetməni itirib, nəticədə maşın beş dəfə dövrə vurub. Qəza zamanı onun ağciyəri zədələnib, beyin travması alıb. Həkimlərin səyi nəticəsində sənətçinin oğlunun həyatını xilas etmək mümkün olub.

N.Suri məlumatı təsdiqləyib. İfaçı övladının möcüzəvi şəkildə həyatda qaldığını bildirib: "Bir ay dincəlməlidir. Şükürlər olsun, həkimlər vaxtında müdaxilə edib. Allah onu qoruyub. Hazırda vəziyyəti yaxşıdır".

Qeyd edək ki, Xosrov uzun illərdir ABŞ-da yaşayır. O, "Amazon" şirkəti ilə uzun illər əməkdaşlıq edib, hazırda peşəkar kikboksinqlə məşğuldur, eyni zamanda "Delivery guys" şirkətinin rəhbəridir.

Nura Surinin oğlu qəzaya düşdü  FOTO
Nura Surinin oğlu qəzaya düşdü  FOTO
Nura Surinin oğlu qəzaya düşdü  FOTO

Tarix: 18-06-2021, 10:11


Bölməyə aid digər xəbərlər