Cəmiyyət / Manşet
16.06.2021, 20:23
AVRO-2020: Türkiyə - Uels oyunu başladı
Bakı Olimpiya Stadionunda AVRO-2020 futbol üzrə Avropa çempionatı çərçivəsində Bakıda ikinci oyun start götürüb.
“Kanal1.az”xəbər verir ki, A qrupunda mübarizə aparan Türkiyə və Uels milliləri qarşılaşır.
Qeyd edək ki, A qrupunun 3 matçının və /4 final mərhələsinin bir oyunu Bakıda keçirilməsi nəzərdə tutulub.
İyunun 12-də keçirilmiş ilk oyunda Uels İsveçrə ilə 1-1 oynayıb.
Bundan başqa, Bakı Olimpiya Stadionu iyunun 20-də Türkiyə-İsveçrə oyununa ev sahibliyi edəcək. İyulun 3-də 1/4 final mərhələsinin bir oyunu Bakıda baş tutacaq.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay