İdman / Manşet
12.06.2021, 20:13
Uels millisinin baş məşqçisi: “Tribunadakı səslər möhtəşəm idi”
"Yaxşı başlamaq bizim üçün önəmli idi. Yüksək keyfiyyətə malik rəqibə qarşı oynayırdıq. Oyunumuzu daha da yaxşılaşdırmağa çalışacağıq".
“Kanal1.az” bildirir ki, bunu Uels millisinin baş məşqçisi Rob Peyc AVRO-2020-nin qrup mərhələsində İsveçrə ilə keçirilən ilk görüşün ardından deyib.
Bakı Olimpiya Stadionunda keçirilən görüşdə britaniyalılar rəqiblə qollu heç-heçə edib - 1:1.
Matçdan sonra təşkil olunan mətbuat konfransında Peyc azsaylı azarkeşlərin onları çox gözəl dəstəklədiklərini söyləyib: "İstədiyimiz qədər azarkeş yox idi. Amma himn oxunanda Uels azarkeşlərini eşidirdim. Qol vurduğumuz anda tribunadakı səslər möhtəşəm idi. Uelsli azarkeşlərin burada daha çox olmasını istərdik".
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay