09:38 / 17-06-2021
Acun İlıcalı Bakıda
09:09 / 16-06-2021
İbrahim İbrahimli vəfat etdi
17:36 / 15-06-2021
Lənkəranda narkotacir tutulub
"Allah heç birinizə belə dəhşətli anlar yaşatmasın" - Şəhid jurnalistin qardaşıdan paylaşım

"Allah heç birinizə belə dəhşətli anlar yaşatmasın" - Şəhid jurnalistin qardaşıdan paylaşım

İyunun 4-də Kəlbəcərin Susuzluq ərazisində minaya düşərək həlak olan "AzTV"nin operatoru Sirac Abışovun qardaşı Şirzad Səmədov qardaşı haqqında paylaşım edib.

“Kanal1.az” xəbər verir ki, o, bu barədə Facebook səhifəsində yazaraq, ağır günlərində onlara dəstək olan dost və yaxınlarına ailəsi adından təşəkkür edib.

"Açığı belə bir status yazdığım üçün sözlə ifadə edə bilməyəcək qədər kədərliyəm. Bu ağır günlərdə yanımızda olduğunuz üçün sizə ailəmiz adından çox sağ olun deyirəm. Allah heç birinizə belə dəhşətli anlar yaşatmasın. Nə qədər ağır olsa da, bizim üçün həyat davam edir".

O, qardaşının yeganə övladını layiqincə boya-başa çatdırmaq üçün dostlarından özünə və ailəsinə səbr diləməyi xahiş edib.
"Sirac bizi cismən tərk etsə də, ruhən yanımızda olduğuna inanırıq. Çox çətindir bizə, Allahdan səbr diləyin, diləyin ki, yadigar qoyduğu bir övladı Özgür üçün atasızlıq ağrısını qismən də olsa ona az hiss elətdirək".

Tarix: 9-06-2021, 16:10


Bölməyə aid digər xəbərlər