09:38 / 17-06-2021
Acun İlıcalı Bakıda
09:09 / 16-06-2021
İbrahim İbrahimli vəfat etdi
17:36 / 15-06-2021
Lənkəranda narkotacir tutulub
Dünyaya beşəm gətirməyə hazırlaşan Lamiyənin halı pisləşdi, xəstəxanaya yerləşdirildi

Dünyaya beşəm gətirməyə hazırlaşan Lamiyənin halı pisləşdi, xəstəxanaya yerləşdirildi

"Lamiyənin vəziyyəti bir neçə gün öncə pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib. Təzyiq, şəkər və qanın aşağı düşməsi ilə bağlı artıq bir neçə gündür ki, həkim nəzarətindədir. Oksigen aparatı ilə nəfəs alır".

“Kanal1.az”xəbər verir ki, bu sözləri azxeber.com-a açıqlamasında beşəm dünyaya gətirməyə hazırlaşan Lamiyə Mürşüdlünün anası Təranə Yusibova deyib.

O bildirib ki, uşaqların nə vaxt dünyaya gələcəyi Lamiyənin səhhətindən asılıdır:
"Hazırda beşəmlər 28-ci həftəsini tamamlayıb, 29-cu həftələrinə keçiblər. Beşəmlərə ciyər iynəsi vurulub. Ancaq həkim bildirir ki, ciyər iynəsi vurulandan sonra 15 gün uşaqların ana bətnində qalması, onların dünyaya gəldikdən sonra reanimasiya dövrünün uzun olmamasına səbəb ola bilər. Məhz bütün bunları nəzərə alaraq həkim usaqların dünyaya gəlməsini 30-cu həftə üçün nəzərdə tutub. Ancaq yenə də hər şey Lamiyənin sağlamlığından asılıdır. Sağlamlığı imkan verənə qədər uşaqlar ana bətnində qalacaq, əks halda əməliyyat olunacaq".

Tarix: 8-06-2021, 21:58


Bölməyə aid digər xəbərlər
12-05-2019, 08:00 Kök uşaqların sayı artır