İtkin düşmüş daha bir hərbçimizin nəşi tapıldı
Vətən müharibəsində itkin düşmüş daha bir hərbçimizin nəşi tapılıb.
“Kanal1.az” bildirir ki, 8 aydır itkin hesab edilən Mustafayev Elvin Fuad oğlunun nəşi tapılıb. Onun cənazəsi bu gün Gəncə şəhərinə gətiriləcək.
Qeyd edək ki, Elvin Mustafayevin nəşi Murovdağ ərazisində tapılıb.
Allah rəhmət eləsin!