Dəhşətli İSTİLƏR GƏLİR: Azərbaycanda da... - QORXUNC PROQNOZ

Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) açıqladığı hesabata görə, yaxın 5 ildə rekord isti ​​gözlənilir. Təşkilatın proqnozuna əsasən, 2021-2025-ci illər arasında azı bir ilin "ən isti" olmaq ehtimalı 90 faizdir. Üstəlik, bu aralığın hər ilində quru səthindəki orta temperatur sənayeləşmədən əvvəlki dövr göstəricilərini ən azı 1°C, illərin birində isə 40% ehtimalla 1,5°C üstələyəcək.

ÜMT Baş katibi Petteri Taalas qeyd edib ki, temperaturun yüksəlməsi dünyanın istixana qazı tullantılarını azaltmaq və karbon neytrallığına çatmaq üçün öz öhdəliyini yerinə yetirməsinin vacibliyinin növbəti göstəricisidir.

“Kanal1.az”bildirir ki, publika.az-a danışan AMEA-nın Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərovun sözlərinə görə, iqlim dəyişmələri, xüsusilə də qlobal istiləşmə həm təbii, həm də antropogen amillərlə əlaqədardır: "Son dövrlər antropogen amillərin miqyası daha da artıb. Bu da atmosferə atılan istixana qazlarının, xüsusilə də karbon qazının miqdarının durmadan artması ilə əlaqədardır. Karbon qazı yerin istilik balansını pozur. Bu balans günəşdən gələn istilik, yerin özünün şüalandırdığı əks istilik və atmosferdən qayıdan şüalanma nəticəsində yaranan istilikdir. Karbon qazının atmosferdə artması ilə əlaqədar qaynar enerjinin də miqdarı artdığı üçün Yer kürəsinin istilik balansı pozulur və temperatur artır".

Şöbə müdiri bildirib ki, yaxın illərdə xüsusilə böyük dövlətlər tərəfindən sənayenin inkişafı nəticəsində atmosferə atılan karbon qazının miqdarının artmaması üçün qabaqlayıcı tədbirlər görülməsə, Yer kürəsini böyük təhlükə gözləyir: "Bunun qarşısını almaq üçün həm Ümumdünya Meteorologiya Təşkilatı, həm də müxtəlif dövlətlərin təşkil etdiyi müəyyən qruplar, məsələn Tokio razılaşması, Paris razılaşması və s. kimi qruplar tədbirlər görməlidir. Əsas məqsəd atmosferə atılan istixana qazlarının miqdarının azaldılmasına nail olmaqdır".

S.Səfərov çıxış yolunu alternativ enerji mənbələrindən istifadə etməkdə görür: "Günəş və külək enerjisindən daha çox istifadə etmək olar. Buna "yaşıl enerji" də deyilir. Azərbaycanda bu sahədə böyük işlər görülür. Bu yaxınlarda Prezident İlham Əliyev Xızı və Qobustan rayonları ərazisində külək turbinlərinin quraşdırılması ilə bağlı sərəncam imzaladı. Bunlar başa gələndən sonra onların gücü 240 meqavat gücündə olacaq. Bu da ölkəmizin elektrik enerjisi balansına çox böyük töhfədir.

Atmosferə atılan istixana qazlarının miqdarı eyni zamanda daxiliyanma mühərriki ilə işləyən avtomobillər vasitəsilə artır. Son vaxtlar bu sahədə uğurlu addımlar atılır. Yəni elektrik mühərriki ilə işləyən avtomobillərin istehsalı və istifadəsi artıb. Bir çox ölkələrdə insanlara stimul verilir ki, bu tip avtomobillərdən istifadə etsinlər. Bu da atmosferə atılan istixana qazlarının miqdarının azalmasına səbəb olacaq".

Şöbə müdiri bu proqnozun Azərbaycan üçün də keçərli olub-olmadığına münasibət bildirib. S.Səfərov vurğulayıb ki, qlobal iqlimdə gedən proseslər az da olsa, ölkəmizin iqliminə təsir edə bilər: "Azərbaycan dünya miqyasında ərazisinə görə kiçik ölkədir. Qlobal iqlim dəyişikliyinin kiçik bir hissəsi də bizim ölkəmizdə baş verir. Qlobal iqlimdə baş verən dəyişikliklər bu və ya digər şəkildə bizdə də özünü göstərir. Ola bilər ki, lokal olaraq hansısa bir ayda Azərbaycan ərazisində temperaturun yüksəlməsi baş verirsə, planetin digər hissəsində temperaturun aşağı düşməsi ola bilər. Çünki qlobal iqlim dəyişmələri atmosferin ümumi hava dövranına təsir edir. Artıq şimaldan cənuba gedən hava kütlələrinin miqdarı artıb, buna görə də cənubdan şimala gedən hava kütlələrini kompensasiya etmək üçün temperatur yuxarı qalxır. Qütblərdə temperaturun artması bu gün daha çox müşahidə olunur. Ona görə də Arktika və Antarktikada buzlaqlar əriyir ki, bu da son dərəcədə təhlükəlidir. Bu, okeanın səviyyəsinin artmasına səbəb olur və Yer kürəsində içməli su ehtiyatının balansını azaldır. Bu, həmçinin, okean suyunu şirinləşdirdiyi üçün oradakı canlıların həyat şəraitinə də mənfi təsir edir. Kəskin iqlim dəyişmələri insanların da həyat tərzinə, orqanizmlərinə mənfi təsir edir".

Son xəbərlər

Ermənistan növbədənkənar seçkiyə gedəcək? - Paşinyan açıqladı

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Bakının bu ərazilərində evlər kəskin bahalaşdı - Səbəb nədir?

Paşinyandan sensasion açıqlama: Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır

Rusiyada miqrantlar üçün sərt qanun: bu üsul tətbiq olunacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Bakı Şəhər İcra Hakimiyyətindən özəl sektorda çalışanlara ÇAĞIRIŞ

ABŞ Dövlət Departamentindən Ermənistana geniş hərbi dəstəyin göstərilməsi barədə AÇIQLAMA

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə AÇIQLAMA + FOTO

İsrail ordusunun İranın zərbəsinə cavabı necə olacaq? - Qərar AÇIQLANDI

Rusiyalı politoloqlar Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasını şərh ediblər

Əl təmizləyiciləri beyindəki hüceyrələri belə MƏHV EDİR

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Rusiya sülhməramlıları Azərbaycanı hansı istiqamətdən tərk edir?

Planetin üzərindəki sirr - Ürək forması necə yaranıb?

Bu işçilərə kompensasiya veriləcək - Yeni qanun

Paşinyan yenidən Azərbaycan kəndlərinə gəlir: Bu dəfə nə deyəcək?

Rusiyanın bu regionunda da qadağa: Azərbaycanlılar ticarətlə məşğul ola, taksi sürə bilməzlər

Biləsuvar rayonunda Şəhid ailəsinin səsinə səs verən olacaqmı?

Ramin Məhəmmədoğlu həbs olundu

22 aylıq Məhkəmədə süründürməçiliyə son qoyulsun..PREZİDENTƏ MÜRACİƏT

İsrail ordusuna TAPŞIRIQ VERİLDİ: İranı vurmaq üçün variant hazırlanır

Moskva ilə İrəvan arasında gizli sövdələşmə, yoxsa? - VİDEO

Həkim sağlam qalmaq üçün düzgün qidalanma qaydasını açıqlayıb

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ - VİDEO

BMT-nin Baş katibindən böyük münaqişə XƏBƏRDARLĞI

Ermənistan zabitimizə atəş açanları cəzalandırdı - Bakının növbəti qələbəsi

Ukrayna elan etdi: Rusiya bu istiqamətdən hücuma keçib, vəziyyət ağırdır

Ermənilər Azərbaycanla sərhədə toplaşdılar: Rəqs edirlər, “müharibə istəyirik” deyirlər

Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib

Ermənistan KTMT-nin Hərbi Komitəsinin iclasında iştirak etməyib

Bütün xəbərlər