Hadisə / Manşet
1.06.2021, 12:00
Bakıda mənzildən çılpaq qadın meyiti tapıldı: Qətlə yetirildiyi məlum oldu - TƏFƏRRÜAT
Bakıda Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən mənzildə meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub.
“Kanal1.az”xəbər verir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi, ev 29, mənzil 12-də qeydə alınıb.
Ordubad rayon sakini 1990-ci il təvəllüdlü Turanə İldırım qızı Cəfərovanın bədəninin müxtəlif nahiyələrində qançır izləri və elektrik naqili ilə boğularaq qətlə yetirilmiş çılpaq meyiti kirayədə qaldığı mənzildə aşkarlanıb.
Faktla bağlı Sabunçu Rayon Prokurluğunda araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay