Hadisə / Manşet
29.05.2021, 19:04
Astarada 18 yaşlı gənc bıçaqlandı
Astarada 18 yaşlı gənc bıçaqlanıb.
“Kanal1.az” bildirir ki, hadisə gecə vaxtı şəhər ərazisində baş verib. 2003-cü il təvəllüdlü Elmar Sadıx oğlu Məlikzadə mübahisə zəminində tanışı 1997-ci il təvəllüdlü Elçin Vüqar oğlu Hüseynli tərəfindən bıçaqlanıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Bir neçə bıçaq yarası alan E.Məlikzadə təcili əməliyyat olunub.
Hadisəni törədən E.Hüseynli isə artıq saxlanılıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay