Los Ancelesdəki Baş Konsulluğumuz Respublika Gününə aid film hazırlayıb

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu 28 may - Respublika Gününə həsr olunmuş ingilis dilində qısa film hazırlayıb.

Baş Konsulluqdan “Kanal1.az”-a verilən məlumata görə, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin "Koroğlu" üvertürasının müşayiəti ilə təqdim olunan, rəngarəng şəkil və videoların əks olunduğu filmdə Azərbaycan Demokratik Respublikasının (ADR) 1918-ci ildə qurulduğu və müsəlman dünyasında ilk dünyəvi demokratik ölkə olduğu qeyd edilir. Həmçinin, Azərbaycanın 1919-cu ildə müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçmək və seçilmək hüququ verdiyi vurğulanır.

Filmdə ADR-in mütərəqqi islahatlar apararaq müasir dövlət quruculuğuna başladığı bildirilir. Ancaq zəngin neft ehtiyatlarına sahib Azərbaycanın bolşeviklərin əsas hədəfi olduğu, Vladimir Leninin "Sovet dövləti Bakı nefti olmadan sağ qala bilməz" sözləri vurğulanaraq, 28 aprel 1920-ci ildə Sovet ordusunun Azərbaycanı işğal etdiyi və respublikamızın müstəqilliyinə son qoyduğu qeyd edilir. 50 min azərbaycanlının bu işğala qarşı mübarizədə həlak olduğu diqqətə çatdırılır.

Azərbaycanın 71 il sonra, 18 oktyabr 1991-ci ildə müstəqilliyini yenidən bərpa etdiyi, 2020-ci ildə isə öz torpaqlarını 30 illik işğaldan azad etdiyi filmdə vurğulanır. Azərbaycanın bu gün müstəqil dövlət kimi regionda ən güclü iqtisadiyyata malik ölkə olduğu, qitələri birləşdirən nəhəng layihələr həyata keçirdiyi və bütün dünyaya dinlərarası harmoniya üzrə bariz nümunə olduğu bildirilir. Filmdə ölkəmizin öz mütərəqqi irsi ilə fəxr etdiyi və gələcəyə doğru inamla addımladığı qeyd edilir.

Film Azərbaycanın Argentina və Yunanıstandakı Səfirlikləri tərəfindən müvafiq olaraq ispan və yunan dillərinə də tərcümə olunub.

Qeyd edək ki, sosial şəbəkələrin inkişafı nəzərə alınaraq effektiv təbliğat işində son illərdə qısa filmlərin önəmi olduqca artıb. Bunu nəzərə alaraq, 2019-cu ildən başlayaraq, Los Ancelesdəki Baş Konsulluğumuz Azərbaycana dair müxtəlif mövzularda 24 film hazırlayaraq geniş şəkildə yayıb. Filmlərin bəziləri dünyanın digər aparıcı dillərinə də tərcümə olunub.

Qısa filmi burada izləmək mümkündür: https://youtu.be/DqK8E7XY8dEM

Son xəbərlər

Ermənistan növbədənkənar seçkiyə gedəcək? - Paşinyan açıqladı

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Bakının bu ərazilərində evlər kəskin bahalaşdı - Səbəb nədir?

Paşinyandan sensasion açıqlama: Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır

Rusiyada miqrantlar üçün sərt qanun: bu üsul tətbiq olunacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Bakı Şəhər İcra Hakimiyyətindən özəl sektorda çalışanlara ÇAĞIRIŞ

ABŞ Dövlət Departamentindən Ermənistana geniş hərbi dəstəyin göstərilməsi barədə AÇIQLAMA

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə AÇIQLAMA + FOTO

İsrail ordusunun İranın zərbəsinə cavabı necə olacaq? - Qərar AÇIQLANDI

Rusiyalı politoloqlar Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasını şərh ediblər

Əl təmizləyiciləri beyindəki hüceyrələri belə MƏHV EDİR

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Rusiya sülhməramlıları Azərbaycanı hansı istiqamətdən tərk edir?

Planetin üzərindəki sirr - Ürək forması necə yaranıb?

Bu işçilərə kompensasiya veriləcək - Yeni qanun

Paşinyan yenidən Azərbaycan kəndlərinə gəlir: Bu dəfə nə deyəcək?

Rusiyanın bu regionunda da qadağa: Azərbaycanlılar ticarətlə məşğul ola, taksi sürə bilməzlər

Biləsuvar rayonunda Şəhid ailəsinin səsinə səs verən olacaqmı?

Ramin Məhəmmədoğlu həbs olundu

22 aylıq Məhkəmədə süründürməçiliyə son qoyulsun..PREZİDENTƏ MÜRACİƏT

İsrail ordusuna TAPŞIRIQ VERİLDİ: İranı vurmaq üçün variant hazırlanır

Moskva ilə İrəvan arasında gizli sövdələşmə, yoxsa? - VİDEO

Həkim sağlam qalmaq üçün düzgün qidalanma qaydasını açıqlayıb

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ - VİDEO

BMT-nin Baş katibindən böyük münaqişə XƏBƏRDARLĞI

Ermənistan zabitimizə atəş açanları cəzalandırdı - Bakının növbəti qələbəsi

Ukrayna elan etdi: Rusiya bu istiqamətdən hücuma keçib, vəziyyət ağırdır

Ermənilər Azərbaycanla sərhədə toplaşdılar: Rəqs edirlər, “müharibə istəyirik” deyirlər

Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib

Ermənistan KTMT-nin Hərbi Komitəsinin iclasında iştirak etməyib

Bütün xəbərlər