Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

“Kanal1.az”
28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir.

İraq Respublikasının Prezidenti Bərham Salehdən:

"Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Zati-aliləri Sizə möhkəm cansağlığı, müvəffəqiyyət, Azərbaycan xalqına isə tərəqqi və rifah diləyirəm.

Bu xoş fürsətdən istifadə edərək ölkələrimiz arasında müxtəlif sahələrdə mövcud olan əməkdaşlığın dost xalqlarımızın rifahı naminə daha da möhkəmlənməsini arzu edirəm".

***

"VTB Bank" Publik Səhmdar Cəmiyyətinin prezidenti, idarə heyətinin sədri Andrey Kostindən:

"Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız - Respublika Günü münasibətilə "VTB Bank"ın İdarə Heyətinin kollektivi adından və şəxsən öz adımdan səmimi təbrikləri qəbul edin.

Bu gün Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə öz beynəlxalq nüfuzunu möhkəmlədərək sosial-iqtisadi, elmi-texniki və mədəni inkişaf yolunda inamla irəliləyir.

Rusiyada Azərbaycan Respublikası ilə tarixi dostluq əlaqələrini, bizim mehriban qonşuluğumuzu və qarşılıqlı faydalı ticari-iqtisadi əməkdaşlığımızı yüksək qiymətləndirirlər.

"VTB Bank"ın Azərbaycanda məhsuldar işi, Azərbaycan Dövlət Neft Fondunun "VTB Bank" kapitalında iştirakı iki ölkənin qarşılıqlı fəaliyyətinin möhkəmliyini və strateji xarakterini göstərən mühüm sübutlardır.

Hörmətli İlham Heydər oğlu, Sizə və bütün Azərbaycan xalqına uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və əmin-amanlıq arzularımı qəbul edin".

***

Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovdan:

"Hörmətli İlham Heydər oğlu.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizi Tatarıstan Respublikasının sakinləri adından və şəxsən öz adımdan təbrik edirəm.

Azərbaycan xalqı bir əsrdən çox bundan əvvəl öz ölkəsinin tarixində yeni səhifə açdı və əsası Azərbaycan Xalq Cümhuriyyətinin baniləri tərəfindən qoyulmuş fundamental azadlıq, mehriban qonşuluq, xalqın maarifləndirilməsi prinsipləri ölkənin mədəni kodunun tərkib hissəsinə çevrildi. Bu prinsiplər bu gün də aktual dövləti məsələlərin həllində mühüm rol oynayır.

Sizə və bütün həmvətənlərinizə Azərbaycan dövlətinin daim hərtərəfli dinamik inkişafı naminə fəal quruculuq yolunda yeni zəfərlər, gözəl bayram əhval-ruhiyyəsi, möhkəm cansağlığı və xoşbəxtlik arzu edirəm.

Tatarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında yaranmış səmərəli əməkdaşlıqdan şadam, əlaqələrimizin daim möhkəmlənəcəyinə, Rusiya-Azərbaycan əlaqələri çərçivəsində konstruktiv qarşılıqlı fəaliyyətimizin genişlənəcəyinə ümid edirəm".

***

Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Əlişir Usmanovdan:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Yüz ildən çox bundan əvvəl Azərbaycan xalqı özünün dövlətçiliyini elan etdi və Milli Şuranın 8 üzvü İstiqlal Bəyannaməsini imzaladı. Bəyannamədə təsbit olunmuş prinsiplər bu gün də respublikanın irəliyə doğru hərəkət vektorlarını müəyyən edir.

Müasir Azərbaycan beynəlxalq gündəliyin formalaşmasında fəal iştirak edir, öz vətəndaşlarının azad inkişafı üçün geniş imkanlar təqdim edir, ölkənin yeni vətənpərvər nəsillərini yetişdirir.

Sizə və bütün Azərbaycan xalqına xoşbəxtlik, sülh, tərəqqi və inkişaf arzulayıram".

***

Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Sergey Məlikovdan:

"Hörmətli İlham Heydər oğlu.

Sizi və qardaş Azərbaycan xalqını ölkənizin milli bayramı - Respublika Günü münasibətilə təbrik edirəm.

Bu gün Azərbaycan Respublikasının sosial-iqtisadi və siyasi həyatın müxtəlif sahələrində qazandığı uğurlar ölkə rəhbərliyi tərəfindən seçilmiş və ümummilli miqyasda dəstək qazanmış, ölkənizin beynəlxalq arenada nüfuzunun artmasının əsası olan kursun düzgünlüyünü təsdiq edir.

Bizim xalqlarımızı çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələri birləşdirir. Bu gün həmin ənənələr əsasında Rusiya Federasiyasının Dağıstan Respublikası ilə Azərbaycan Respublikası arasında yaranmış etimad və tərəfdaşlıq mühiti qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlığı daha da genişləndirən vacib amildir.

Hörmətli İlham Heydər oğlu, Sizə və qardaş Azərbaycan xalqına möhkəm cansağlığı, sülh, əmin-amanlıq və firavanlıq arzu edirəm".

***

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyndən:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından Sizə və böyük Azərbaycan xalqına ən səmimi təbriklərimizi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram".

***

Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupovdan:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.

Müsəlman Şərqində və türk dünyasında ilk demokratik respublikanın yaradılması ilə əlamətdar olan bu şanlı tarix çoxəsrlik dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının həyatında mühüm tarixi mərhələnin başlanğıcı olmuşdur. Dövlət müstəqilliyinin bərpasından sonrakı tarixi dövrdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə dövlət müstəqilliyinin və suverenliyinin dayaqları möhkəmləndirilmiş, ölkənin beynəlxalq aləmdə layiqli yerini tutması istiqamətində mühüm addımlar atılmışdır. Bu gün ölkənin siyasi və iqtisadi qüdrətinin artırılması, mədəniyyətinin təbliği, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu, sosial rifahın yüksəldilməsi prosesləri uğurla davam etməkdədir. Əminəm ki, Zati-alinizin rəhbərliyi ilə qazanılmış şanlı Zəfər Azərbaycan xalqının həyatında yeni mərhələnin başlanğıcı, böyük uğurların bələdçisi olacaq.

TÜRKPA-nın fəaliyyətinə daim göstərdiyiniz diqqət üçün Sizə bir daha dərin minnətdarlığımı bildirirəm. İnanıram ki, Sizin diqqət və dəstəyiniz türkdilli ölkələrin əməkdaşlığının inkişafına töhfə verməkdə davam edəcək.

Bu xoş fürsətdən istifadə edərək Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq və rifah arzulayır, Zati-alinizə dərin hörmət və ehtiramımı ifadə edirəm".

***

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadan:

"Möhtərəm cənab Prezident.

Sizi Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 28 May, eyni zamanda, türk dünyası tarixi salnamələrinə əbədi yazılmışdır. Fəxr edirik ki, Azərbaycan bütün dünyanın diqqətlə izlədiyi mədəni və multikultural məkanlardan birinə, eyni zamanda, davamlı inkişaf edən sülh və sabitlik mərkəzinə çevrilmişdir.

Qürurverici haldır ki, bu il Respublika Günü Azərbaycanın ərazi bütövlüyünün təmin olunması yolunda şanlı Qələbə çalmış ölkənin bayramı kimi qeyd olunur. Siz 44 gün davam edən və işğal altındakı ərazilərin qaytarılması ilə nəticələnən Vətən müharibəsində yenilməz iradənizlə, cəsarətli çıxışlarınızla çətinliklərə sinə gərərək, Azərbaycanın haqlı mövqeyini və qüdrətini bütün dünyaya nümayiş etdirdiniz. Siz tarixi ədaləti bərpa edərək yüksək liderlik keyfiyyətlərinizlə türk dünyasının qəhrəmanı adını qazanmısınız.

Cənab Prezident, əminəm ki, şəxsən Sizin təşəbbüsünüzlə yaradılan, türkdilli xalqların maddi-mədəni irsinin mühafizəsi, təbliği yönündə fəaliyyət göstərən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə təşkilatın qurucu üzv dövləti olan Azərbaycan Respublikası arasındakı yaxın əməkdaşlıq və dostluq münasibətləri bundan sonra da uğurla davam edəcək. Şübhə etmirəm ki, Fond tərəfindən təşkil edilən tədbir və layihələr tezliklə mədəniyyət paytaxtı Şuşamızda və Azərbaycanın azad olunmuş digər əzəli torpaqlarında həyata keçiriləcək.

Sizə möhkəm cansağlığı, Azərbaycanın tərəqqisi naminə işlərinizdə yeni-yeni uğurlar, Azərbaycan xalqına sülh, əmin-amanlıq və xoşbəxtlik arzulayıram".

***

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzdan:

"Zati-aliləri.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

BP şirkəti Azərbaycanla əməkdaşlığın davamlı şəkildə genişləndirilməsinə böyük əhəmiyyət verir və bu əməkdaşlığın daha da səmərəli inkişafına ümid edir. Mən BP ilə Azərbaycan Hökuməti arasında dostluq əlaqələrinin daha da möhkəmlənəcəyinə inanıram.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Azərbaycan xalqına isə firavanlıq arzulayıram".

Son xəbərlər

Ermənistan növbədənkənar seçkiyə gedəcək? - Paşinyan açıqladı

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Bakının bu ərazilərində evlər kəskin bahalaşdı - Səbəb nədir?

Paşinyandan sensasion açıqlama: Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır

Rusiyada miqrantlar üçün sərt qanun: bu üsul tətbiq olunacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Bakı Şəhər İcra Hakimiyyətindən özəl sektorda çalışanlara ÇAĞIRIŞ

ABŞ Dövlət Departamentindən Ermənistana geniş hərbi dəstəyin göstərilməsi barədə AÇIQLAMA

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə AÇIQLAMA + FOTO

İsrail ordusunun İranın zərbəsinə cavabı necə olacaq? - Qərar AÇIQLANDI

Rusiyalı politoloqlar Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasını şərh ediblər

Əl təmizləyiciləri beyindəki hüceyrələri belə MƏHV EDİR

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Rusiya sülhməramlıları Azərbaycanı hansı istiqamətdən tərk edir?

Planetin üzərindəki sirr - Ürək forması necə yaranıb?

Bu işçilərə kompensasiya veriləcək - Yeni qanun

Paşinyan yenidən Azərbaycan kəndlərinə gəlir: Bu dəfə nə deyəcək?

Rusiyanın bu regionunda da qadağa: Azərbaycanlılar ticarətlə məşğul ola, taksi sürə bilməzlər

Biləsuvar rayonunda Şəhid ailəsinin səsinə səs verən olacaqmı?

Ramin Məhəmmədoğlu həbs olundu

22 aylıq Məhkəmədə süründürməçiliyə son qoyulsun..PREZİDENTƏ MÜRACİƏT

İsrail ordusuna TAPŞIRIQ VERİLDİ: İranı vurmaq üçün variant hazırlanır

Moskva ilə İrəvan arasında gizli sövdələşmə, yoxsa? - VİDEO

Həkim sağlam qalmaq üçün düzgün qidalanma qaydasını açıqlayıb

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ - VİDEO

BMT-nin Baş katibindən böyük münaqişə XƏBƏRDARLĞI

Ermənistan zabitimizə atəş açanları cəzalandırdı - Bakının növbəti qələbəsi

Ukrayna elan etdi: Rusiya bu istiqamətdən hücuma keçib, vəziyyət ağırdır

Ermənilər Azərbaycanla sərhədə toplaşdılar: Rəqs edirlər, “müharibə istəyirik” deyirlər

Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib

Ermənistan KTMT-nin Hərbi Komitəsinin iclasında iştirak etməyib

Bütün xəbərlər