Hadisə / Manşet
26.05.2021, 08:46
Bərdədə bazarda güclü yanğın başlayıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bərdə rayonunun Güloğlular kəndində bazar ərazisində mağazada yanğın olması barədə məlumat daxil olub.
Nazirlikdən “Kanal1.az”-a verilən məlumata görə, qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub. Hazırda yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay