Cəmiyyət / Manşet
25.05.2021, 09:42
Bakıda avtomobil divara çırpılıb, ölən var
Bakı şəhərinin Qaradağ rayonunda "Renault" markalı minik avtomobili divara çırpılıb.
Fövqəladə Hallar Nazirliyindən “Kanal1.az”-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1989-cu il təvəllüdlü Vahidov Elşad Nizami oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay