İqtisadiyyat / Dünya / Manşet
23.05.2021, 13:40
Koronavirus bu ölkənin iqtisadiyyatına 300 milyard avro zərər vurub
Koronavirus pandemiyası ilə əlaqəli böhran Almaniya iqtisadiyyatına 300 milyard avroya başa gəlib.
“Kanal1.az” bildirir ki, bu barədə "Welt" qəzeti məlumat yayıb.
Kölndə yerləşən İqtisadiyyat İnstitutunun rəhbəri Mihael Huther qəzetə verdiyi müsahibəsində deyib ki, pandemiyanın vurduğu zərərin kompensasiya edilməsi illərlə sürə bilər:
"Peyvəndləmə prosesi sürətlə gedir, bu iqtisadiyyatın inkişafı üçün yaxşı göstəricidir. Ancaq böhranın artıq heç bir iz qoymayacağı illüziyasında da olmamalıyıq. Koronavirus olmasaydı, iqtisadiyyat əhəmiyyətli dərəcədə böyüyərdi".
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay