Sosial / Manşet
20.05.2021, 12:13
Daha 7 şəhərdən Bakıya birbaşa uçuşlara başlanılır
Rusiyanın “Ural Hava Yolları” şirkəti ölkənin 7 şəhərindən Bakıda birbaşa uçuşlara başlayır.
"Kanal1.az" xəbər verir ki, Azərbaycan paytaxtına birbaşa uçuşlar 29 maydan Krasnoyarsk, Omsk, Novosibirsk və Nijni Novqoroddan, 31 maydan Perm və Mineralnıye Vodıdan, 4 iyundan etibarən Samaradan həyata keçiriləcək.
Xatırladaq ki, hazırda “Ural Hava Yolları” yalnız Yekaterinburqdan Bakıya hər həftənin cümə axşamı aviareyslər reallaşdırır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay