Hadisə / Manşet
17.05.2021, 19:09
Ağstafada 62 yaşlı qadını qətlə yetirən şəxs tutulub
Ağstafada 62 yaşlı qadını qətlə yetirən şəxs tutulub.
“Kanal1.az”bildirir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa rayonunun Köçəsgər kənd sakini, 1959-cu il təvəllüdlü Ələkbərova Çiçək Əli qızınıqətlə yetirən şəxsin 1987-ci il təvəllüdlü Tural Məmmədov olduğu müəyyən edilib. T. Məmmədov saxlanılıb.
Məlumata görə, saxlanılan şəxs qətli törətdiyini etiraf edib.
Qeyd edək ki, Ağstafa rayonunun Köçəsgər kənd sakini, 1959-cu il təvəllüdlü Ələkbərova Çiçək Əli qızının meyiti qonşular tərəfindən yaşadığı evdə tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Qadının meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinə aparılıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay