Cəmiyyət / Manşet
16.05.2021, 19:27
5 min ölü, 3500 itkin - məhv edilən erməni hərbi qulluqçularla bağlı şok rəqəm
"Bu gün Qarabağ müharibəsi nəticəsində 5000-dən artıq qurban və 3500-dən artıq itkin düşən haqqında danışılır".
“Kanal1.az”xəbər verir ki, bunu jurnalistlərlə görüşündə Ermənistan parlamentinin "Çiçəklənən Ermənistan" fraksiyasının deputatı Naira Zöhrabyan deyib.
"Lakin başa düşmək lazımdır ki, mümkündür ki, 3500 itkin düşəndən, bu rəqəmin maksimum 10, 20 və ya 30 faizi əsir düşüb. Qalanı, təəssüf ki, böyük ehtimalla ölüb", - deyə o bildirib.
Erməni deputat çaşqınlıqla bildirib ki, yaralı erməni əsgərlərin yaxınları onlar üçün özləri ağrıkəsicilər almağa məcburdurlar.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay