İspaniyalı deputatların erməni təəssübkeşi qismində aksiya keçirmələri qəbuledilməzdir - Sevil Mikayılova

İspaniya Konqresi qarşısında ölkənin bir qrup parlamentarisinin erməni təəssübkeşi qismində çıxış edərək təşkil etdiyi aksiya qəbuledilməzdir.

“Kanal1.az”bildirir ki, bunu Milli Məclisin deputatı, Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sevil Mikayılova deyib.

S.Mikayılova bildirib ki, ispaniyalı deputatların nəzərinə çatdırmaq istərdik ki, onların azadlığını istədikləri bir qrup erməni əsilli şəxs əslində hərbi cinayətkarlardır:

"Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Müdafiə Nazirliyinin həyata keçirdiyi birgə əməliyyat nəticəsində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən məqsədyönlü şəkildə yerləşdirilmiş 62 nəfərdən ibarət erməni terrorçu-diversant qrupu saxlanılaraq istintaqa təhvil verilib.

Saxlanılanların hamısı Ermənistanın Şirak vilayətindən Ermənistan silahlı qüvvələrində hərbi xidmət keçmək üçün çağırılıb və Azərbaycan Respublikasının ərazilərində onun Silahlı Qüvvələrinin üzvlərinə və mülki əhalisinə qarşı diversiya, eləcə də terror aktları törətmək məqsədilə bu ərazilərə yeridilib.

İstintaq zamanı müəyyən edilib ki, erməni terrorçu-diversiya qrupunun üzvləri 26 noyabr 2020-ci il tarixində, yəni Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentləri və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanatla əldə edilmiş kapitulyasiya aktının qüvvəyə minməsindən sonra Azərbaycan ərazilərinə göndəriliblər. Azərbaycan qanunlarına əsasən, bu şəxslər cinayət əməli törədiblər. Onlar hərbi əsir adlandırıla bilməzlər, çünki hərbi əməliyyatlar bitdikdən sonra və bununla bağlı tərəflər arasında üçtərəfli 10 noyabr bəyannaməsi imzalandıqdan sonra Azərbaycan ərazisinə məqsədyönlü şəkildə göndəriliblər. Azərbaycan qanunvericiliyinə uyğun olaraq, həmin şəxslər barəsində müvafiq tədbirlər görüləcək.

İspaniyalı həmkarlarımızın diqqətinə çatdırmaq istərdik ki, Azərbaycan beynəlxalq öhdəliklərinə sadiq ölkədir və beynəlxalq munasibətlərdə öz məsuliyyətini dərk edir. Bölgədə hərbi əməliyyatlar bitdikdən sonra 70-dən artıq hərbi əsir Ermənistan tərəfinə verilib, Ermənistan isə Azərbaycana 12-yə yaxın hərbi əsir qaytarıb.

Bu baxımdan, ispaniyalı deputatları obyektiv olmağa dəvət edirik. Əgər onlar ədalətli mövqedə dayanırlarsa, o zaman minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməməklə bölgədə humanitar vəziyyəti gərginləşdirən Ermənistana çağırış etsinlər, həmin xəritələrin tezliklə Azərbaycana təqdim olunmasını onlardan tələb etsinlər. Fikrimizcə, bu, daha humanist və obyektiv yanaşma olar, çünki mina partlayışları insanların həyatı üçün real təhlükədir və sülhü möhkəmləndirmə prosesini ləngidir".

Son xəbərlər

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Yeni pandemiyaya bu viruslar səbəb ola bilər - ARAŞDIRMA

Ukraynanın daha iki yaşayış məntəqəsi İŞĞAL OLUNDU

Gürcüstanın avtomobil bazarında böhran: Azərbaycana təsir edəcək?

31 dərəcə isti olub - FAKTİKİ HAVA

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...

NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

"Əliyev Elçibəyin çıxardığı ordunu geri qaytardı" deyənlər... - Parlamentdə vacib müzakirə

Bütün xəbərlər