Cəmiyyət / Manşet
15.05.2021, 09:45
Rusiya bu ölkələrlə hava əlaqələrini bərpa edir
Rusiya 25 may tarixindən etibarən İslandiya, Malta, Meksika, Portuqaliya və Səudiyyə Ərəbistanı ilə hava əlaqələrini bərpa etdi.
“Kanal1.az”bildirir ki, bu barədə koronavirus infeksiyasının idxalının və yayılmasının qarşısını alınması üzrə əməliyyat qərargahında məlumat verilib.
Məlumatda deyilir: "Müzakirənin nəticələrinə əsasən və ayrı-ayrı ölkələrdəki epidemioloji vəziyyət nəzərə alınaraq, qarşılıqlı əsasda, 2021-ci il 25 may tarixindən etibarən aşağıdakı dövlətlərlə müntəzəm beynəlxalq uçuşların davam etdirilməsinə qərar verilib: İslandiya (Moskva - Reykyavik həftədə iki dəfə), Malta (Moskva - Valletta həftədə iki dəfə); Meksika (Moskva - Kankun həftədə üç dəfə); Portuqaliya (Moskva - Lissabon həftədə üç dəfə); Səudiyyə Ərəbistanı (Moskva - Ciddə həftədə üç dəfə; Qroznı - Ciddə həftədə bir dəfə; Mahaçqala - Ciddə həftədə bir dəfə)", - mesajda deyilir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay