Hadisə / Manşet
13.05.2021, 16:54
Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb
Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Kanal1.az”-a verilən məlumata görə, daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Qıraqlı kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.
Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, 3 nəfər barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay