09:38 / 17-06-2021
Acun İlıcalı Bakıda
09:09 / 16-06-2021
İbrahim İbrahimli vəfat etdi
17:36 / 15-06-2021
Lənkəranda narkotacir tutulub
Mingəçevirdə qanlı dava: 3 nəfər saxlanıldı

Mingəçevirdə qanlı dava: 3 nəfər saxlanıldı

Mayın 12-də Mingəçevirdə baş vermiş dava-dalaş nəticəsində şəhər sakini Məhəmməd Eyyubovun bıçaqlanması, Ağdam rayon sakini Bürhan Əsədovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Kanal1.az”-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən hadisə ilə əlaqədar müvafiq araşdırmalar aparılıb, zərərçəkmişlərin və şahidlərin izahatı alınıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlıq əməlini törətməkdə şübhəli bilinən qardaşlar -Hüseyn və Akşin Hüseynovlar, eləcə də Məhəmməd Alıyev saxlanılıb. Onlar ifadələrində mübahisənin söyüşə görə baş verdiyini bildiriblər.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 221-ci ( xuliqanlıq ) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Tarix: 13-05-2021, 20:07


Bölməyə aid digər xəbərlər