Cəmiyyət / Manşet
12.05.2021, 10:03
Azad olunan ərazilərə keçməyə cəhd edən 9 nəfər saxlanıldı
“Kanal1.az”
Ağdamda işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 9 nəfər müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, mayın 11-də Ağdam RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayonun Çəmənli kəndi ərazisindən işğaldan azad edilmiş ərazilərə keçmək istəyən 9 nəfər saxlanılıb.
Həmin şəxslər saxlanıldıqdan sonra polis şöbəsinə gətirilib və onların barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay