09:38 / 17-06-2021
Acun İlıcalı Bakıda
09:09 / 16-06-2021
İbrahim İbrahimli vəfat etdi
17:36 / 15-06-2021
Lənkəranda narkotacir tutulub
Nazarov Almaniyada het-trikə imza atdı

Nazarov Almaniyada het-trikə imza atdı

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 32-ci turun oyunları keçirilib.

“Kanal1.az” bildirir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge" klubu da növbəti matçına çıxıb.

Aue təmsilçisi doğma meydanda "Paderborn" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 3:8.

Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib. Komandasının hər üç qolunu Dmitri vurub. Millimizin yarımmüdafiəçisi 1, 4 və 55-ci dəqiqələrdə fərqlənib. O, sonuncu qolu penaltidən vurub. 32 oyuna 41 xal toplamış "Ersgebirge" 18 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.

Tarix: 9-05-2021, 22:47


Bölməyə aid digər xəbərlər