Cəmiyyət / Manşet
5.05.2021, 17:05
Bu gün peyvənd olunanların sayı açıqlandı
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 29 778 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Kanal1.az”-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 957, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 821 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 566 106, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 987 962, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 578 144 təşkil edir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay