Dünya bazarlarında təbii qaz ucuzlaşıb
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.
“Kanal1.az”bildirir ki, iyunda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU (British thermal unit - Britaniya istilik vahidi) üçün 0,03% azalaraq 2,96 ABŞ dolları təşkil edib.