Şou / Manşet
4.05.2021, 14:07
Arif Quliyev aparatdan ayrılsa, öləcək - Vəziyyəti İlə bağlı YENİ XƏBƏR
Koronavirusa yoluxan Xalq artisti Arif Quliyevin səhhəti barədə yeni xəbər var.
“Kanal1.az”xəbər verir ki, lent.az-a açıqlama verən aktyorun oğlu Rövşən Quliyev bildirib ki, atası özünü yaxşı hiss etmir:
"Yazıblar ki, atam yaxşıdır. Yaxşı deyil. Aparata qoşulub. Aparatı ayırsalar, atam öləcək. O aparat sayəsində atam bu gün sağdır. İnşallah, yaxşı olar".
Qeyd edək ki, koronavirus infeksiyasına (COVID-19) yoluxan Xalq artisti "Yeni Klinika"ya yerləşdirilib. A.Quliyev bir neçə gün öncə EKMO cihaza qoşulub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay