“Mall”arın açılması nə zaman mümkün ola bilər? - AÇIQLAMA

Bu gündən Azərbaycanda növbəti peyvənd mərhələsinə start verilib, ölkəmizdə yeni növ peyvəndin tətbiqinə başlanılır.

Belə ki, bu gündən ilkin olaraq 60 yaş və daha yuxarı şəxslər "COVID-19" xəstəliyinə qarşı peyvəndlənmə zamanı İngiltərənin Oxford universitetinin istehsalı olan "Vaxzevria" vaksinindən (İstehsalçı şirkət"AstraZeneca") də istifadə edə biləcəklər. "Vaxzevria" peyvəndinin istifadəsi Bakı şəhəri və 6 regionda - Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunacaq. Bu peyvəndin tətbiqi üçün tibb müəssisələrində xüsusi otaqlar ayrılıb.

Bundan əlavə mayın 2-də Rusiyadan Azərbaycana "Sputnik V" vaksinlərinin 40 min dozadan ibarət ilk partiyası gətirilib. Bütün bunlar ölkəmizdə koronavirusa qarşı effektli mübarizəni gücləndirməyə və karantin rejiminin daha tez yumşalmasına ümidləri artırır.

“Kanal1.az”bildirir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Afət Həsənova ölkəmizə yeni növ vaksinlərin gətirilməsinin və bu gündən etibarən tətbiqinə başlanmasının çox sevindirici hal olduğunu qeyd edib.

O bildirib ki, bütün bunlar ilk növbədə Azərbaycan dövlətinin vətəndaşlarının sağlamlığına göstərdiyi böyük diqqətin bariz nümunəsidir:

"Bilirsiniz ki, bu gün dünyada peyvəndlərin bölüşdürülməsi ilə bağlı ədalətsizliklər və ikilistandartlar mövcuddur və bir çox ölkələr ya hələ də peyvəndi əldə edə bilməyib, ya da məhdud sayda əldə edib. Lakin Azərbaycan dövlətinin, cənab Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmiz vaxtında və kifayət qədər peyvənd əldə etməyi bacarıb. Artıq insanlar üçün peyvənd seçimi etmək imkanı da yaranıb, vətəndaşlarımız istədiyi peyvəndi seçib vurdura bilər. Bu əlbəttə ki, çox sevindirici haldır və virusa qarşı daha effektiv mübarizə aparmaqla bu bəladan daha tez azad olmağımıza və normal həyata qayıtmağımıza imkanları artırır.
Dövlət vaksinlərlə bağlı lazımi tədbirləri görüb, ölkəmizə yetərincə vaksinin gətirilməsini təmin edib. Lakin koronavirusa qarşı mübarizənin daha effektli olması üçün vətəndaşlarımız da öz üzərinə düşən vəzifəni yerin yetirməli və vaksinasiya prosesində aktiv iştirak etməlidir.

Vaksinasiya yeni başlayanda onun mənfi təsirləri haqqında bəzi şayələr gəzirdi, lakin zaman keçdikcə, insanlar peyvənd olunduqca bu şayələrin əsassız olduğu məlum oldu. Bu gün eyni zamanda dünyada əhalisinin böyük hissəsi peyvənd olunaraq normal həyata dönən ölkələr də var və buna misal olaraq İsraili göstərmək olar. Bəs bizim qarşımızı kəsən nədir? Ölkəmizə yetərincə vaksin gətirilib, insanlar üçün hətta vaksin seçim etmək imkanı da yaradılıb.

Bu gün biz toyların keçirilməsinə icazə verilməsini, "Mall"arın açılmasını istəyirik, karantin rejiminin yumşaldılmasını istəyirik, amma bunun üçün vacib olan vaksinasiya prosesində fəallıq göstərmirik. Düşünürəm ki, insanlarımız bu barədə düşünməlidir və hazırda virusdan qurtulmağın yeganə yolunun peyvənd olduğunu bilməlidir. İnsanlarımız nə qədər aktiv şəkildə vaksinasiya prosesində iştirak etsələr, bir o qədər tez zamanda kütləvi immunitet yaranar və karantin rejimi yumşaldılar, toyların keçirilməsinə, "Mall"arın açılmasına icazə verilə bilər. Yəni hər şey artıq insanların öz əlindədir, əgər normal həyata qayıtmaq istəyiriksə, vaksinasiyada aktiv iştirak etməliyik, qoyulan qaydalara riayət etməliyik".

Son xəbərlər

Ermənistan növbədənkənar seçkiyə gedəcək? - Paşinyan açıqladı

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Bakının bu ərazilərində evlər kəskin bahalaşdı - Səbəb nədir?

Paşinyandan sensasion açıqlama: Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır

Rusiyada miqrantlar üçün sərt qanun: bu üsul tətbiq olunacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Bakı Şəhər İcra Hakimiyyətindən özəl sektorda çalışanlara ÇAĞIRIŞ

ABŞ Dövlət Departamentindən Ermənistana geniş hərbi dəstəyin göstərilməsi barədə AÇIQLAMA

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə AÇIQLAMA + FOTO

İsrail ordusunun İranın zərbəsinə cavabı necə olacaq? - Qərar AÇIQLANDI

Rusiyalı politoloqlar Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasını şərh ediblər

Əl təmizləyiciləri beyindəki hüceyrələri belə MƏHV EDİR

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Rusiya sülhməramlıları Azərbaycanı hansı istiqamətdən tərk edir?

Planetin üzərindəki sirr - Ürək forması necə yaranıb?

Bu işçilərə kompensasiya veriləcək - Yeni qanun

Paşinyan yenidən Azərbaycan kəndlərinə gəlir: Bu dəfə nə deyəcək?

Rusiyanın bu regionunda da qadağa: Azərbaycanlılar ticarətlə məşğul ola, taksi sürə bilməzlər

Biləsuvar rayonunda Şəhid ailəsinin səsinə səs verən olacaqmı?

Ramin Məhəmmədoğlu həbs olundu

22 aylıq Məhkəmədə süründürməçiliyə son qoyulsun..PREZİDENTƏ MÜRACİƏT

İsrail ordusuna TAPŞIRIQ VERİLDİ: İranı vurmaq üçün variant hazırlanır

Moskva ilə İrəvan arasında gizli sövdələşmə, yoxsa? - VİDEO

Həkim sağlam qalmaq üçün düzgün qidalanma qaydasını açıqlayıb

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ - VİDEO

BMT-nin Baş katibindən böyük münaqişə XƏBƏRDARLĞI

Ermənistan zabitimizə atəş açanları cəzalandırdı - Bakının növbəti qələbəsi

Ukrayna elan etdi: Rusiya bu istiqamətdən hücuma keçib, vəziyyət ağırdır

Ermənilər Azərbaycanla sərhədə toplaşdılar: Rəqs edirlər, “müharibə istəyirik” deyirlər

Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib

Ermənistan KTMT-nin Hərbi Komitəsinin iclasında iştirak etməyib

Bütün xəbərlər