23:47 / 13-05-2021
Samuxda 3 otaqlı ev yanıb
22:05 / 13-05-2021
Samuxda 3 otaqlı ev yanıb
Lissabonda keçirilən Karate1 Premyer Liqa turnirində komandamız iki medal əldə edib

Lissabonda keçirilən Karate1 Premyer Liqa turnirində komandamız iki medal əldə edib

Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Karate1 Premyer Liqa turnirini komandamız iki medal qazanıb.

“Kanal1.az”bildirir ki, təmsilçimiz Asiman Qurbanlı (84 kiloqramdan yuxarı) qızıl medal uğrunda Gürcüstan idmançısı Qoqita Arkaniaya məğlub olaraq gümüş medalla kifayətlənib.

Heyətində Rövşən Əliyev, Tural Balcanlı, İsmayıl Quliyevin yer aldığı kata komandamız isə bürünc medal uğrunda Misir yığmasına qalib gələrək üçüncü yeri tutub.

Nüfuzlu turnir idmançılara Tokio Olimpiadasında iştirak etmək üçün xüsusi reytinq xalları da qazandırıb.

Mötəbər yarışda Azərbaycanı 15 idmançı təmsil edib. Premyer Liqanı idarə edən hakimlər arasında beynəlxalq hakimlərimiz Cahangir Babayev və Vüqar Kərimov da yer alıblar.

Tarix: 3-05-2021, 08:53


Bölməyə aid digər xəbərlər