23:47 / 13-05-2021
Samuxda 3 otaqlı ev yanıb
22:05 / 13-05-2021
Samuxda 3 otaqlı ev yanıb
Koronavirusun 100-dən çox mutasiyasını aşkar edən test sistemi hazırlanıb

Koronavirusun 100-dən çox mutasiyasını aşkar edən test sistemi hazırlanıb

Tokio Universitetinin alimlər qrupu koronavirusun 100-dən çox mutasiyasını aşkar etməyə imkan verən xüsusi test sistemi hazırlayıblar.

“Kanal1.az” bildirir ki, bu test sistemi "pi-kod üsulu" adlanan yeni texnologiyanın bazasında yaradılıb. Bildirilir ki, bu üsulla koronavirusun mövcudluğunu aşkar etmək üçün 0,04 millimetrlik disklərdən istifadə edilir. Bu diskin üzərində ştrix koda bənzəyən xüsusi təsvirlər yerləşdirilib.

Mütəxəssislərin bildirdiyinə görə, bu fraqmentlərin hər biri mutasiyanın genlərindən asılı olaraq reaksiya zamanı fərqli rəngdə şüalar buraxır. Bundan sonra əldə edilən nəticə xəstənin analizi ilə müqayisə olunur. Bildirilir ki, bu metod gələcəkdə koronavirusun yeni ştammlarını daha sürətlə aşkar etməyə şərait yaradacaq.

Tarix: 3-05-2021, 22:37


Bölməyə aid digər xəbərlər