Apreldə keçirilən imtahanların nəticələri nə vaxt elan olunacaq?

Dövlət İmtahan Mərkəzi (DİM) aprel ayında keçirilən imtahanların nəticələrinin elan olunacağı vaxtı açıqlayıb.

DİM-dən “Kanal1.az”-a verilən məlumata görə, Mərkəz tərəfindən 2021-ci il aprel ayı ərzində 6 növ müxtəlif təyinatlı imtahan keçirilib. Aprel ayı ərzində dövlət qulluğuna qəbul, notariat fəaliyyəti ilə məşğul olmaq məqsədilə şəhadətnamə almaq istəyən namizədlər üçün test imtahanı, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı, aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün imtahan, həmçinin beynəlxalq GRE və TOEFL imtahanları keçirilib.

Dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələrə aid olan vəzifə qrupları üzrə test imtahanı aprelin 11-də keçirilib. Bu imtahanda 1327 nəfər iştirak edib. İmtahan iştirakçıları arasında 482 nəfər uğur qazanaraq sertifikat əldə edib.

Aprelin 13-də Ədliyyə Nazirliyi ilə birgə notariat fəaliyyəti ilə məşğul olmaq məqsədilə şəhadətnamə almaq istəyən namizədlər üçün test imtahanı keçirilib. İmtahanda 53 namizəd iştirak edib. 28 namizəd uğur qazanaraq ikinci mərhələyə - müsahibəyə buraxılıb.

Aprelin 17-də aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilib. İmtahanda iştirak edən 18 namizədin 14-ü uğur qabanıb və sertifikat əldə edib.

Aprel ayı ərzində DİM-də 4 dəfə GRE, 2 dəfə isə TOEFL imtahanı da təşkil edilib. Bu imtahanlarda 36 nəfər iştirak edib.

Aprelin 15, 16, 22, 23, 29 və 30-da isə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib. Bu imtahanlarda 83 mindən artıq şagirdin iştirakı nəzərdə tutulmuşdu.

Məlumat üçün qeyd edək ki, aprelin 15 və 16-da keçirilən buraxılış imtahanlarının materiallarının emalı yekunlaşmaq üzrədir və bu həftənin sonu nəticələrin elan edilməsi nəzərdə tutulur.



22-23 aprel tarixlərində keçirilən imtahanların materialları "skan" olunub. Bu gündən etibarən etalonların hazırlanmasına və meyarların təkmilləşdirilməsi prosesinə start verilib. Bayramdan sonrakı həftə ərzində işlər yekunlaşmış olacaq və nəticələr elan olunacaq.

Sonuncu imtahanların materialları (yazı işləri ) isə "skan" olunma mərhələsindədir.

Xatırladaq ki, imtahanda yazılı cavab tələb edən tapşırıqların yoxlanılması müxtəlif mərhələlərdən keçir və uzun müddət tələb edir. İlk növbədə şagirdlərin yazı işləri "skan" edilir və şifrələnir. Daha sonra qiymətləndirmə meyarları təkmilləşdirilir və markerlərin kalibrləmə prosesində iştirakı üçün etalon işlər seçilir. Bundan sonra markerlər tərəfindən yazı işlərinin yoxlanılması və qiymətləndirilməsinə başlanılır. Növbəti mərhələdə isə balların hesablanması və nəticələrin DİM-in saytında yerləşdirilməsi həyata keçirilir.

Hər imtahan nəticəsi elan olunduqdan sonra apelyasiya komissiyasına onlayn müraciət etmək üçün tarixlər də göstəriləcək. Apelyasiya prosesi isə bütün istiqamətlər üzrə imtahan nəticələri elan olunduqdan sonra təşkil olunacaq.

Son xəbərlər

Ermənistan növbədənkənar seçkiyə gedəcək? - Paşinyan açıqladı

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Bakının bu ərazilərində evlər kəskin bahalaşdı - Səbəb nədir?

Paşinyandan sensasion açıqlama: Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır

Rusiyada miqrantlar üçün sərt qanun: bu üsul tətbiq olunacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Bakı Şəhər İcra Hakimiyyətindən özəl sektorda çalışanlara ÇAĞIRIŞ

ABŞ Dövlət Departamentindən Ermənistana geniş hərbi dəstəyin göstərilməsi barədə AÇIQLAMA

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə AÇIQLAMA + FOTO

İsrail ordusunun İranın zərbəsinə cavabı necə olacaq? - Qərar AÇIQLANDI

Rusiyalı politoloqlar Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasını şərh ediblər

Əl təmizləyiciləri beyindəki hüceyrələri belə MƏHV EDİR

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Rusiya sülhməramlıları Azərbaycanı hansı istiqamətdən tərk edir?

Planetin üzərindəki sirr - Ürək forması necə yaranıb?

Bu işçilərə kompensasiya veriləcək - Yeni qanun

Paşinyan yenidən Azərbaycan kəndlərinə gəlir: Bu dəfə nə deyəcək?

Rusiyanın bu regionunda da qadağa: Azərbaycanlılar ticarətlə məşğul ola, taksi sürə bilməzlər

Biləsuvar rayonunda Şəhid ailəsinin səsinə səs verən olacaqmı?

Ramin Məhəmmədoğlu həbs olundu

22 aylıq Məhkəmədə süründürməçiliyə son qoyulsun..PREZİDENTƏ MÜRACİƏT

İsrail ordusuna TAPŞIRIQ VERİLDİ: İranı vurmaq üçün variant hazırlanır

Moskva ilə İrəvan arasında gizli sövdələşmə, yoxsa? - VİDEO

Həkim sağlam qalmaq üçün düzgün qidalanma qaydasını açıqlayıb

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ - VİDEO

BMT-nin Baş katibindən böyük münaqişə XƏBƏRDARLĞI

Ermənistan zabitimizə atəş açanları cəzalandırdı - Bakının növbəti qələbəsi

Ukrayna elan etdi: Rusiya bu istiqamətdən hücuma keçib, vəziyyət ağırdır

Ermənilər Azərbaycanla sərhədə toplaşdılar: Rəqs edirlər, “müharibə istəyirik” deyirlər

Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib

Ermənistan KTMT-nin Hərbi Komitəsinin iclasında iştirak etməyib

Bütün xəbərlər