23:47 / 13-05-2021
Samuxda 3 otaqlı ev yanıb
22:05 / 13-05-2021
Samuxda 3 otaqlı ev yanıb
30 dərəcəyədək isti olacaq - PROQNOZ

30 dərəcəyədək isti olacaq - PROQNOZ

Mayın 4-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Kanal1.az”-a verilən məlumata görə, mayın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 11-15, gündüz 18-22, Bakıda gecə 12-14, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Mayın 4-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq. Mayın 4-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Tarix: 3-05-2021, 13:23


Bölməyə aid digər xəbərlər
18-04-2021, 12:12 Sabah 22 dərəcə isti olacaq
31-03-2021, 14:03 Sabahın hava proqnozu
30-03-2021, 14:45 Sabah 17 dərəcə isti olacaq
28-03-2021, 09:53 Bu gün hava necə olacaq?
27-03-2021, 12:51 Sabahın hava proqnozu
21-03-2021, 12:50 XƏBƏRDARLIQ: Qar yağacaq
20-03-2021, 12:31 Sabah qar yağacaq