Bakıda ana söyüşü üstündə qətl - Sabunçu daxmalarının kirayənişinləri, nisyə araq cinayəti

Bakının Sabunçu qəsəbəsində, gecəqondu daxmalarda kirayə qalan, günəmuzd fəhləliklə güzəran sürən, amma nisyə araqla içki məclisi təşkil edən yoxsul azərbaycanlıların davası qətllə nəticələnib. İndi bu işə Bakı Ağır Cinayətlər Məhkəməsi baxır. Və qəsdən adam öldürməkdə ittiham olunan 26 yaşlı Füzuli köçkünü Kamran Əliyev müttəhimlər kürsüsündə oturub.

“Kanal1.az” bildirir ki, hadisə ötən il iyulun 27-də gecə saatlarında paytaxtın Sabunçu qəsəbəsi, 2 aprel küçəsi, ev 31-də baş verib. Qəsəbə sakini, əslən Qərbi Azərbaycanın Masis rayonundan olan 56 yaşlı Hüsnü Əliyevin meyiti kirayə yaşadığı evin həyətində aşkarlanıb. Araşdırmalar zamanı qətli digər kirayənişin Kamran Əliyevin törətdiyi məlum olub.

İstintaq orqanı tərəfindən K.Əliyevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb və barəsində Sabunçu rayon məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

İstintaqla müəyyən edilib ki, K.Əliyev kirayə yaşadığı evin həyətində qonşuları Hüsnü Əliyev və Rəşid Hacıyevlə birgə yeyib-içəndən sonra aralarında mübahisə yaranıb. Özündən 30 yaş böyük olan H.Əliyevin onun mərhum anasının ünvanına söyüş söyməsindən hiddətlənən Kamran araq yoldaşını ürəyindən bıçaqla vurub.

Təqsirləndirilən Kamran Əliyev ifadəsində deyib ki, həmin ünvanda xalasının ailəsi ilə birgə kirayədə yaşayırdı, həyətdə onlardan başqa bir neçə kirayənişinin də qalırdı. Özündən 30 yaş böyük Hüsnü kişini bir neçə gün öncə içki məclislərindən tanıyan Kamran onunla süfrə arxasında əyləşib, yeyib-içib. Növbəti içki süfrəsi isə Hüsnü kişini o biri dünyaya, Kamranı həbsxanaya göndərib.

"Xalamla birgə evə bazarlıq edib qayıdanda Hüsnü kişi məndən axşama araq almağımı istədi, razılaşdım. Axşam oturub birlikdə yeyib-içdik. Qonşuluqda yaşayan Rəşid də bizimlə bir süfrədə oturmuşdu. Hüsnü Rəşidə rusca nəsə dedi, başa düşmədim. Niyə rusca danışdıqlarını soruşduqda Rəşid dedi ki, araq qurtarıb yenidən araq almaq lazımdır. Dedim ki, daha mənim pulum yoxdur. Rəşid də sakitcə qulağıma "gedək bir yerdə alaq gələk"-dedi"- K.Əliyev ifadəsində bu cür deyib.

R.Hacıyevlə birgə mağazaya yollanan Kamran arağı nisyə alıb və qayıdıb, içki məclisi davam edib. Nisyə alınan araq bitəndən sonra masa arxasında oturanlar arasında mübahisə yaranıb. Mübahisəyə səbəb isə Hüsnünün Kamranın ünvanına nalayiq ifadələr işlətməsi olub.

"Avtomoyka"larda günəmuzd işləyib başını dolandırmağa çalışan K.Əliyevin ifadəsinə görə, H.Əliyevdən söyüşlərin kimə aid olduğunu soruşduqda "sən məni tanıyırsan, mən "Zabrat Ceyhun"un əmisiyəm, onu çağıraram üç maşınla gələr bura, sənin də..." cavabını eşidib.

Və Kamran bu təhdidi və söyüşü götürməyib, onun dünyadan köçmüş anasını söydüyünə görə Hüsnünü öldürməyi qərara alıb. Həyətdəkilər görməsin deyə haqq-hesab çəkmək üçün ondan çölə çıxmasını xahiş edib. Mübahisə həyətin qarşısında davam edib. Bıçaqla Hüsnü kişini ürəyindən vuran Kamran onun öləcəyinə əmin olub, qoluna girərək həyətə gətirib. Daha sonrasa hadisə yerini tez-tələsik tərk edib. Gecəni tanışlarından birinin evində qalan Kamran törətdiyi hadisə haqda heç kimə heç nə deməyib. Ertəsi gün taksi ilə Füzuli rayonuna getmək istəyərkən polis əməkdaşları tərəfindən Binə qəsəbəsində saxlanılıb.

Son xəbərlər

Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Füzuli şəhərinə qayıdır

Xocalı qatili Azərbaycan kəndlərinə gəldi: təxribat hazırlanır

Prokurorluq da valideynlik hüququndan məhrum edə biləcək

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Paşinyan Qarabağla bağlı həmişə bizdən xahiş edirdi ki... - Moskva sirləri açdı

Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi

Havalar istiləşən kimi bu xəstəliklər yayılacaq - XƏBƏRDARLIQ

Son 20 ilin ən böyük XƏBƏRDARLIĞI - Martın 29-dək...

F-16-lar Rusiyaya qarşı istifadə edilsə, onlar qanuni hədəfə çevriləcək - Putin Qərbi hədələdi

Aprelin 5-nə diqqət: Erməni revanşizmini körükləyən Qərb qanlı planı işə salır

İki il sonra ilk dəfə: Xarkova hava bombası ilə zərbə endirildi

Daha 27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb

D vitamini almaq üçün Günəşin altında nə qədər qalmalıyıq?

Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?

Ermənistan “Crocus”da törədilən terror aktını pisləməyib

Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA

Müəllim sənəti müqəddəs sənətdir

GƏNCƏ ŞƏHƏR SABİR KÜÇƏSİNDƏKİ MƏHŞUR BAXICI NATAŞA XANIMA KİMLƏR HİMAYƏDARLIQ EDİR VƏ AİDİYYATI QURUMLAR HARA BAXIR?

Hərbi xidmət yaşı artırılmalıdır? – Polkovnik və psixoloqdan TƏZADLI YANAŞMA

Sonra da deyirsiiniz ki, turistlər niyə gəlmir… – HARA VƏ NİYƏ GƏLSİNLƏR Kİ?..

Lənkəranın icra başçısını bu səbəbdən öldürmək istəyiblər – İlham İsmayıl ŞOK detalları açıqladı

Elnur Rzayevin rayondan ümumiyyətlə, xəbəri yoxdur…” Belə başçı olar?- GİLEY

Şərlənərək həbs edildiyi iddia olunan şəxsin anası ölkə başçısına müraciət etdi-Şikayət

“WhatsApp”dan videolarla bağlı YENİLİK

Kremldən Ermənistan etirafı: Təəssüf ki...

Azərbaycan 4 kəndi götürəcək və İrəvana... - Paşinyanın qapalı görüşdəki etirafı yayıldı

Paşinyan: “Ermənistan KTMT-də iştirakını dondurub”

Sabah 17 dərəcə isti olacaq - HAVA PROQNOZU

Şəmkir rayon Düyərli Tibb Ailə Sağlamlıq Mərkəzinin həkimi Nizami həkim öz peşəsini vicdan və ləyaqətlə icra edir

Mən dünyada müəllimdən yüksək ad tanımıram!

Tələbələr belə hallarda universitetdən xaric ediləcəklər

Moskva terrorunun təşkilatçıları bu ölkədə də qətliam planlaşdırıbmışlar - ŞOK DETALLAR

ÜST havadakı çirklənmənin və insanların vaxtsız ölümünün üstünü açdı

Bütün xəbərlər