ABŞ-ın dövlət katibi: "Bayden Türkiyəni soyqırımda suçlamayıb" - SENSASİON AÇIQLAMA

"Kanal1.az"
ABŞ prezidenti Cozef Bayden Osmanlı imperiyasında baş verən hadisələr və "erməni soyqırımı" haqda danışarkən günahı Türkiyənin üzərinə qoymağa cəhd etməyib.

ABŞ dövlət katibi Entoni Blinken ötən gün xarici jurnalistlərlə onlayn konfrans zamanı belə deyib.

"Birləşmiş Ştatların prezidenti bəyan edib ki, onun məqsədi qurbanların xatirəsini yad etməkdir, kimisə suçlamaq yox. Əlbəttə, bizim diqqət mərkəzimizdə Osmanlı imperiyasının son günlərində baş verən hadisələr idi",- E.Blinken söyləyib.
Entoni Blinken daha sonra vurğulayıb ki, rəsmi Vaşinqton Türkiyəni və digər müttəfiqlərlə tərəfdaşlarını Rusiyadan bundan sonra silah, sursat və hərbi texnika almaqdan çəkinməyə çağırır. Onun sözlərinə görə, belə sövdələşmələr rəsmi Vaşinqtonun cəza sanksiyalarının təsiri altına düşə bilər.

"Çox ümid edirəm ki, S-400 kompleksləri ilə bağlı Vaşinqton və Ankara irəlidə yol tapa biləcəklər. Ancaq bu da çox mühümdür ki, Türkiyə və ABŞ-ın digər müttəfiqləri, tərəfdaşları Rusiyadan silahlar almaqdan çəkinsinlər, o cümlədən əlavə S-400 kompleksləri. Çünki bu sövdələşmələr Rusiyaya gəlir, təsir imkanları və həmin ölkələrə çıxış imkanları verir. Rusiyanın hərbi sənaye təşkilatları ilə istənilən əhəmiyyətli tranzaksiyalar ABŞ-ın CAATSA qanununun təsiri altına düşə bilər. Unutmayaq ki, bütün bunlar əvvəllər tətbiq olunmuş sanksiyalara əlavə edilə bilər",- ABŞ xarici siyasət idarəsinin rəhbəri deyib.

E.Blinkenin qatıldığı onlayn görüşü ABŞ Dövlət Departamentinin Xarici Media Mərkəzi təşkil etmişdi.
Birləşmiş Ştatların dövlət katibinin bəhs etdiyi CAATSA (Countering America's Adversaries Through Sanctions Act) "Amerikanın rəqiblərinə sanksiyalar vasitəsilə müqavimət göstərmək haqqında" qanunu 2017-ci ildə qəbul olunub. Sözügedən qanun Rusiyadan müasir silah, sursat, hərbi texnologiya və hərbi texnika alan dövlətlərə qarşı ABŞ-ın birtərəfli cəza sanksiyalarının tətbiqini nəzərdə tutan normativ-hüquqi aktdır.

Entoni Blinkenin sözlərinə görə, Rusiyadan S-400 zenit-raket sistemlərinin alınması ilə bağlı situasiyada Vaşinqton Ankaraya mövqeyini və baxışlarını aydın izah edib: "Çox aydın, aşkar və ardıcıl fəaliyyət göstərərək Türkiyəni S-400-dən imtina etməyə çağırırıq".

Son xəbərlər

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...

NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

"Əliyev Elçibəyin çıxardığı ordunu geri qaytardı" deyənlər... - Parlamentdə vacib müzakirə

İranın Azərbaycana qarşı riyakar planı: Bu iki mesajı ona görə verir ki...

Bu qadınlar pensiyaya tez çıxacaq

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Yazın gəlişi bəzi infeksion xəstəliklər gətirir: Necə qorunmalı? - Professor izah edir

ÜST-dən QORXULU AÇIQLAMA: "Martda 25 mindən çox insan..."

Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO

Dünya fəlakətin bir addımlığında: Peyğəmbərin dedikləri gerçək olur

Ermənistan növbədənkənar seçkiyə gedəcək? - Paşinyan açıqladı

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Bakının bu ərazilərində evlər kəskin bahalaşdı - Səbəb nədir?

Paşinyandan sensasion açıqlama: Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır

Rusiyada miqrantlar üçün sərt qanun: bu üsul tətbiq olunacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Bakı Şəhər İcra Hakimiyyətindən özəl sektorda çalışanlara ÇAĞIRIŞ

ABŞ Dövlət Departamentindən Ermənistana geniş hərbi dəstəyin göstərilməsi barədə AÇIQLAMA

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə AÇIQLAMA + FOTO

İsrail ordusunun İranın zərbəsinə cavabı necə olacaq? - Qərar AÇIQLANDI

Rusiyalı politoloqlar Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasını şərh ediblər

Əl təmizləyiciləri beyindəki hüceyrələri belə MƏHV EDİR

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Rusiya sülhməramlıları Azərbaycanı hansı istiqamətdən tərk edir?

Planetin üzərindəki sirr - Ürək forması necə yaranıb?

Bütün xəbərlər