Hadisə / Manşet
28.04.2021, 13:40
Nazir Azad Rəhimovun vəziyyəti pisləşdi
ABŞ-da müalicə alan gənclər və idman naziri Azad Rəhimovun vəziyyəti ağırlaşıb.
Bu barədə "Kanal1.az"-a nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.
O bildirib ki, nazirin vəfat etdiyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. Lakin hazırda A. Rəhimovun vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, Azad Rəhimov ABŞ-da ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə olunur. Nazir yanvar ayında müalicə olunmaq üçün ABŞ-a yollanıb. O, 8 aydır ki, səlahiyyətlərini yerinə yetirə bilmir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay